"Qarabağ"ın belə güclü olduğunu düşünmürdüm - Jezniçak

"Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak Ağdam klubunun UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sına qalib gəldiyi oyunu xatırlayıb.
QanunXəbər.com Report-a istinadən xəbər verir ki, hazırda ölkəsinin "Visla" (Plotsk) komandasında çıxış edən polşalı müdafiəçi Azərbaycan çempionunun rəqiblə müqayisədə həddindən artıq güclü olduğunu etiraf edib.
35 yaşlı oyunçu "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatan matçın gedişindən təəccübləndiyini bildirib: "Daha bərabər səviyyəli qarşılaşma gözləyirdim. Açığı, qrupdakı nəticələrinə baxanda "Qarabağ"ın bu qədər güclü olduğunu düşünmürdüm. Amma hər şeyi olduğu kimi etiraf etmək lazımdır".
Qeyd edək ki, səfərdə "Legiya"nı məğlub edən "Qarabağ" ardıcıl 7-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanmışdı.


Tarix: 10-02-2021, 21:59


Bölməyə aid digər xəbərlər
20-07-2020, 16:35 Messidən daha bir rekord