15:14 / 03-12-2024
Xəyyam Əhmədli dəfn olundu
10:16 / 03-12-2024
Neftimiz ucuzlaşdı
18:26 / 02-12-2024
Bu ərazidə işıq olmayacaq
13:32 / 02-12-2024
Sabah leysan yağacaq
11:14 / 02-12-2024
Prezident qəbul keçirdi
09:41 / 02-12-2024
Bayden oğlunu əfv etdi
“Qaçqınkom”da qanun pozuntuları: “Azərsu”ya pul ödəməyib

Hesablama Palatasının 2020-ci ilin İş Planına uyğun olaraq, dövlət büdcəsindən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin icrasına dair uyğunluq auditi aparılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Hesablama Palatasının məlumatında bildirilir.
Audit nəticəsində müəyyən edilib ki, işlərin və xidmətlərin satınalınması zamanı ümumi pozuntular aşkarlanıb.
Məbləği 118 min 500 manat olan satın alınacaq malların ehtimal olunan qiymətləri Komitə tərəfindən müəyyənləşdirilməyib.
Aparat xərcləri üzrə satınalma keçirilmədən 20 min 200 manat vəsait xərc edilib. Həmçinin 9300 manat məbləğin xərc paraqrafları, 35 min 500 manat məbləğin isə funksional təyinatı dəyişdirilərək xərc edilib.
Qobustan rayonunda məskunlaşmış məcburi köçkün ailələrinin içməli su təminatı “Azərsu” ASC tərəfindən həyata keçirildiyi halda özəl təşkilata 8500 manat xidmət haqqı köçürülüb.
Komitədə elektron informasiya bazasının yaradılması və bazanın işinin təkmilləşdirilməsi ilə bağlı işlər aparılıb.  
Müəyyən edilib ki, 2019-ci ilin dekabr ayında 33 manat vahid aylıq müavinət alan 10 min 741 məcburi köçkünün adı kommunal xərclər ödənilən məcburi köçkünlərin adlı siyahılarında, sıx məskunlaşma yerlərində yaşayan 9 879 məcburi köçkünün adı isə vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarında göstərilməyib.
2 910 məcburi köçkünün adı isə həm kommunal xidmət haqları dövlət hesabına mərkəzləşmiş qaydada ödənilən kontingent üzrə adlı siyahılara, həm də kommunal xidmət haqlarını özləri ödəyən məcburi köçkünlərin adlı siyahılarına salınıb, 60 manat məbləğində aylıq müavinət alanların siyahısında göstərilmiş 433 nəfər üzrə isə 201 min 700 manat müxtəlif kommunal xidmətləri haqqı ödənilib.
2019-cu ilin dekabr ayı üzrə kommunal xidmət haqları dövlət hesabına mərkəzləşdirilmiş qaydada ödənilən 665 məcburi köçkünə 33 manat əvəzinə 60 manat aylıq müavinət ödənilməsi nəticəsində 287 min manat artıq vəsait xərclənib. Bir sıra hallarda müavinət alan məcburi köçkünlərin adlı siyahılarında göstərilmiş müavinətin aylıq məbləği ilə onların bank filiallarında açılmış plastik kart hesablarına köçürülmüş aylıq məbləğlər arasında fərqlər müəyyən edilib.
Ümumilikdə, 40 məcburi köçkünün bank hesabına vəfat etdiyi tarixdən sonra da müavinət ödənişləri davam etdirilərək 9 588 manat 90 qəpik, qanunvericilikdə nəzərdə tutulmadığı halda dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası alan 261 məcburi köçkünə 248 min 800 manat, aktiv sahibkarlıqla məşğul olduqları dövrlərdə 471 məcburi köçkünə 96 min 800 manat vahid aylıq müavinət ödənilib.
Mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən, ayrıca yaşayış sahəsi əldə edən 1 513 məcburi köçkünə vahid aylıq müavinət ödənişi dayandırılmayıb. Nazirlər Kabinetinin müvafiq qərarı olmadan Komitə tərəfindən əlavə üç Mənzil Kommunal İstismar Sahəsi (MKİS) yaradılaraq, onların saxlanılmasına 730 min manat, qanunvericilikdə dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulmadığı halda MKİS-lərdə 110 “çilingər-santexnik” və 94 “xarrat-rəngsaz” ştat vahidi təsdiq edilərək əməkhaqqı ödənilib.
Komitənin Mənzil İstismar Departamentində nəqliyyat vasitələrinə normadan artıq 17 min 400 manat dəyərində ehtiyat hissələri silinib.
MKİS-lər tərəfindən qanunvericiliklə müəyyən edilmiş norma ilə nəzərdə tutulmayan 16 200 manat dəyərində malların alışı həyata keçirilib.
Müqavilə üzrə nəzərdə tutulmuş işlərin vaxtında yerinə yetirilməməsinə baxmayaraq, podratçı təşkilata 14 min 500 manat cərimə məbləği hesablanmayıb. Qeyri-əhali qrupları üzrə məişət tullantısının yığılması və daşınmasına görə 1 601 manat 20 qəpik artıq vəsait ödənilib.
O cümlədən, çoxmənzilli yaşayış binalarında məcburi köçkünlərə lift xidməti üzrə hesablaşmalarda 3 737 manat 23 qəpik ƏDV məbləği nəzərə alınmayıb, mobil telefon ötürücü antena qurğularının quraşdırılması xidmətinə görə dövlət büdcəsinə 2 256 manat 60 qəpik az icarə haqqı ödənilib.
Məcburi köçkünlər üçün salınmış şəhərciklərdə məcburi köçkünlərdən 577 min 400 manat məbləğində mənzil haqqının və bərk məişət tullantılarının yığılması və daşınmasına görə 862 min 800 manat xidmət haqqının yığılması və uçota alınması təmin edilməyib, sakinlərə göstərilən kommunal xidmətlərə görə 126 min manat xidmət haqqı düzgün olmayaraq, büdcə vəsaiti hesabına ödənilib, məcburi köçkünlərin yeni salınmış qəsəbə və şəhərciklərə köçürmə işlərinə görə 40 min 200 manat artıq vəsait ödənilib.
MKİS-lərdə 18 min manat dəyərində inventar çatışmazlığı aşkar edilib, Mənzil İstismar Departamenti üzrə normadan artıq 2018-ci ildə 16 ədəd, 2019-cu ildə 14 ədəd xidməti nəqliyyat vasitəsi saxlanılaraq, 37 min 700 manat büdcə vəsaiti xərc edilib.
Auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədi ilə Komitə tərəfindən ümumilikdə 109 min 200 manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpası təmin edilib. Digər artıq ödəmələrin bərpası və müavinət alan şəxslər siyahılarının dəqiqləşdirilməsi üzrə işlər davam etdirilir.


Tarix: 10-07-2020, 14:14


Bölməyə aid digər xəbərlər