15:14 / 03-12-2024
Xəyyam Əhmədli dəfn olundu
10:16 / 03-12-2024
Neftimiz ucuzlaşdı
18:26 / 02-12-2024
Bu ərazidə işıq olmayacaq
13:32 / 02-12-2024
Sabah leysan yağacaq
11:14 / 02-12-2024
Prezident qəbul keçirdi
09:41 / 02-12-2024
Bayden oğlunu əfv etdi
Güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 10-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. 
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyulun 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 28-33, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq. 
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək,  nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.   
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.  
İyulun 10-da Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.   
Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 10-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda havanın temperaturunun aşağı enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Tarix: 9-07-2020, 17:03


Bölməyə aid digər xəbərlər
10-07-2020, 12:53 Sabah yağış yağacaq