Sabah Bakıda və Abşeron yarımadasında gündüz qısa müddətə cənub-qərb küləyinin axşam şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin maksimal sürətinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın qərb rayonlarından başlayaraq 27-si səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Gəncə-Qazax, Mərkəzi Aran, Dağlıq Şirvan, Quba-Qusar, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyinin 15-20 m/s, 26-sı gündüzdən 27-si gündüzədək arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 32-37 m/s-dək güclənəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Bölməyə aid digər xəbərlər