Erməni yalanının və artistliyinin daha bir bariz sübutu - VİDEO

İyulun 12-də Ermənistan silahlı qüvvələri yenidən öz mənfur istəklərinə çatmaq üçün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşində tutublar. Hərbi təxribatın qarşısı layiqincə alınıb. Lakin ermənilər sosial şəbəkələrdə cəbhə bölgəsindən yalan, əsassız məlumatlar paylaşmaqla təxribatlarını davam etdirməyə çalışıblar.
Oxu.Az xəbər verir ki, şərəfsizlik qanına hopmuş toplum öz təxribat xarakterli mənfur niyyətindən yenə əl çəkməyib və öz gülünc təxribatları ilə əsl simasını ortaya qoymağa davam edib.
Yalanlara doymayan şərəfsizlərin növbəti təxribatı isə “Youtube” şəbəkəsinə yerləşdirdikləri video oldu.
Dörd dəqiqəlik videoda bir erməni dığası işğalçı silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonunun Quşçular kəndinin, eləcə də, 812-ci diviziyanın vurulduğuna dair yalan informasiya yayıb. Ağlaya-ağlaya, təlaşlı bir səslə qeydə alınan videoda sünilik, yalan insanın ürəyini bulandırır, bu öz yerində.
Əslində isə, adıçəkilən və çəkilməyən hərbi hissələrimizə heç nə olmayıb, ermənilərin atdığı mərmilər boş sahələrə, dağa-daşa düşüb. Əksinə, Ordumuzun bölmələri tərəfindən verilən cavab atəşi onların çoxsaylı texnikasını, məntəqəsini darmadağın edib. 
İyrənc məxluq öz aləmində şayiə yayaraq, xalq arasında təlaş yaratmağa çalışıb. Ana dilimizdə bu qədər sərbəst danışması, bu cür təxribatlara hazırlıq görməsi belə məqsədinə çatmağına kömək etmədi.
Azərbaycan xalqı öz Ordusunun gücünə bələddir! Azərbaycan dövlətinin başında Ali Baş Komandanımız dayanır. Onun idarəçiliyi altında olan ordu, ona inanan xalq sizin bu cür cılız oyunlarınıza heç vaxt aldanmaz! Əhalinin həssas təbəqəsi bir qədər narahat olmuş olsa da, ölkədə bütün hallarda baş verən ən xırda məqama belə operativ şəkildə cavab verən dövlət qurumları var. Siz Azərbaycan xalqını bu cür cılız oyunlarınızla qorxuda bilməzsiniz! 
Ermənilərin artistlik qabiliyyəti əzəldən yaxşı olub. Tarix boyu arvadları qabağa vermələri, qorxub döyüşdən qaçmaları, göz yaşı tökərək hər kəsdən mərhəmət diləndikləri bütün dünyada dillər əzbəridir. Bu video da həmin sübutlardan daha biri kimi tarixə keçdi.
Həmin videonu təqdim edirik:
[video=]


Tarix: 15-07-2020, 11:37


Bölməyə aid digər xəbərlər