Ərdoğan Britaniya Baş naziri ilə ikitərəfli münasibətlərin inkişafını müzakirə edib

Ərdoğan Britaniya Baş naziri ilə ikitərəfli münasibətlərin inkişafını müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri Keir Starmerlə ikitərəfli əlaqələrin inkişafını müzakirə edib.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, liderlər, həmçinin qarşılıqlı ticarət həcminin artırılması barədə danışıblar.

Onlar eyni zamanda regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.



Tarix: 12-11-2024, 14:46


Bölməyə aid digər xəbərlər