16:18 / 24-05-2025
Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
15:53 / 24-05-2025
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir
15:32 / 24-05-2025
Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb
14:45 / 24-05-2025
Azərbaycanın müdafiə xərcləri - Ötən il bu qədər olub
13:52 / 24-05-2025
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:11 / 24-05-2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:37 / 24-05-2025
Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:40 / 24-05-2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
11:09 / 24-05-2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
10:32 / 24-05-2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib - VİDEO
10:08 / 24-05-2025
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:36 / 24-05-2025
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
09:04 / 24-05-2025
BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr
19:18 / 23-05-2025
Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
18:55 / 23-05-2025
Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
18:20 / 23-05-2025
Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib
17:36 / 23-05-2025
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
17:09 / 23-05-2025
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:47 / 23-05-2025
Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar
15:51 / 23-05-2025
May ayının pensiyaları ödənilib
14:51 / 23-05-2025
Hökməlinin bir hissəsində qaz kəsilib
14:38 / 23-05-2025
Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq
13:19 / 23-05-2025
Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır
12:56 / 23-05-2025
MM müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblərin qoyulmasını ilk oxunuşda qəbul edib
12:03 / 23-05-2025
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib
11:37 / 23-05-2025
Qarabağ Universitetinə daha çox yer AYRILDI
İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi
Xatırladaq ki, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib və imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək.
Bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək.
Qeyd edək ki, 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər üçün “İmtahana buraxılış vərəqəsi” qoyulsa da, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq onlar iyul ayında keçirilən buraxılış imtahanlarında iştirak etməyə bilərlər. Həmin şagirdlər buraxılış imtahanını sentyabr ayında verə bilərlər.
"İmtahana buraxılış vərəqəsi" gün ərzində DİM-in saytında yerləşdiriləcək.
23-24 iyul 2020-ci il tarixlərində:
• 11-ci sinif üzrə buraxılış imtahanları;
• Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanları;
• Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif (cari və əvvəlki illər) məzunları və kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;
• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək.
Qeydlər:
- Digər şəhər və rayonlar üzrə imtahanlar ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçiriləcək.
- Həmişə olduğu kimi cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
- İmtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. Belə ki, imtahan iştirakçısı “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək bir nəfər üçün arayış da çap edə bilər. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur. Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
- Xüsusi məktəblərə (Bakı) – internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər aiddir.
- İmtahana buraxılış vərəqələri gün ərzində DİM-in saytında yerləşdiriləcək.
- Dövlət İmtahan Mərkəzi və Müdafiə Nazirliyinin birgə razılığına əsasən bu il C.Naxçıvanski adına Hərbi liseyə qəbul olmaq üçün sənəd verənlər ayrıca qəbul imtahanı vermirlər və onlar müsabiqədə 9-cu sinif buraxılış imtahanında topladıqları bal əsasında iştirak edəcəklər. Hərbi Liseyə qəbul olmaq istəyən və buraxılış imtahanı verməyən şəxslər şəhər və rayonların qrafikinə uyğun imtahanlarda iştirak etməlidirlər.
Bölməyə aid digər xəbərlər
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 23-24 iyul 2020-ci il tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub.
DİM-dən verilən məlumata görə, imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış ola bilər:
Tarix/İmtahan* | 23.07.2020 | 24.07.2020 |
11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı | Nizami (Bakı) Nəsimi (Bakı) Sumqayıt (II hissə) | Sabunçu (Bakı) Səbail (Bakı) Abşeron (II hissə) |
Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı | Binəqədi (Bakı) Suraxanı (Bakı) Qaradağ (Bakı) Gəncə (Kəpəz) Cəlilabad Bərdə Xaçmaz Lənkəran Yevlax | Səbail (Bakı) Yasamal (Bakı) Xəzər (Bakı) Pirallahı (Bakı) Gəncə (Nizami) Masallı Şəki Siyəzən |
Azərbaycan dili (dövlət dili) imtahanı - Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün | Binəqədi (Bakı) Suraxanı (Bakı) Gəncə (Kəpəz) Yevlax Lənkəran Bakı (xüsusi məktəblər)* | Yasamal (Bakı) Xəzər (Bakı) Gəncə (Nizami) Masallı |
Azərbaycan dili (dövlət dili) imtahanı - Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif əvvəlki illərin məzunları üçün | Nizami (Bakı) Nəsimi (Bakı) Nərimanov (Bakı) Sabunçu (Bakı) Xətai (Bakı) Sumqayıt Bərdə Xaçmaz Cəlilabad Lənkəran Yevlax | Abşeron Masallı Şəki Siyəzən |
9 illik təhsil bazasında kolleclərə sənəd vermiş cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanı | Binəqədi Suraxanı Gəncə (Kəpəz) Cəlilabad Lənkəran Yevlax Bakı (xüsusi məktəblər)* | Yasamal (Bakı) Xəzər (Bakı) Gəncə (Nizami) Masallı |
Azərbaycan dili (dövlət dili) imtahanı – 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş cari və əvvəlki illərin məzunları üçün | Nizami (Bakı) Nəsimi (Bakı) Bakı (xüsusi məktəblər)* | Sabunçu (Bakı) Səbail (Bakı) |
Bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək.
Qeyd edək ki, 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər üçün “İmtahana buraxılış vərəqəsi” qoyulsa da, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq onlar iyul ayında keçirilən buraxılış imtahanlarında iştirak etməyə bilərlər. Həmin şagirdlər buraxılış imtahanını sentyabr ayında verə bilərlər.
"İmtahana buraxılış vərəqəsi" gün ərzində DİM-in saytında yerləşdiriləcək.
23-24 iyul 2020-ci il tarixlərində:
• 11-ci sinif üzrə buraxılış imtahanları;
• Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanları;
• Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif (cari və əvvəlki illər) məzunları və kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;
• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək.
Qeydlər:
- Digər şəhər və rayonlar üzrə imtahanlar ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçiriləcək.
- Həmişə olduğu kimi cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
- İmtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. Belə ki, imtahan iştirakçısı “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək bir nəfər üçün arayış da çap edə bilər. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur. Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
- Xüsusi məktəblərə (Bakı) – internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər aiddir.
- İmtahana buraxılış vərəqələri gün ərzində DİM-in saytında yerləşdiriləcək.
- Dövlət İmtahan Mərkəzi və Müdafiə Nazirliyinin birgə razılığına əsasən bu il C.Naxçıvanski adına Hərbi liseyə qəbul olmaq üçün sənəd verənlər ayrıca qəbul imtahanı vermirlər və onlar müsabiqədə 9-cu sinif buraxılış imtahanında topladıqları bal əsasında iştirak edəcəklər. Hərbi Liseyə qəbul olmaq istəyən və buraxılış imtahanı verməyən şəxslər şəhər və rayonların qrafikinə uyğun imtahanlarda iştirak etməlidirlər.
Tarix: 19-07-2020, 15:37
Bölməyə aid digər xəbərlər
10-07-2020, 10:14
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
6-07-2020, 00:23
I-IV, V ixtisas qrupları və kolleclərə qəbul imtahanları keçiriləcək
7-07-2020, 22:20
Buraxılış imtahanlarının nəticələri elan olundu
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
2-07-2020, 01:26
DİM budəfəki imtahanda da qanun pozuntusu aşkar etmədi
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 18:22
“Microsoft” şirkəti Azərbaycan təcrübəsi haqqında yazdı
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
15-07-2020, 11:10
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində onlayn qeydiyyat müddəti uzadılır
11-07-2020, 10:44
SOCAR tenderlər elan edib - SİYAHI
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
9-07-2020, 17:00
DİM abituriyentlərə müraciət etdi
8-07-2020, 10:36
DİM rəsmisi imtahansız attestat alınması məsələsinə aydınlıq gətirdi
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
8-07-2020, 18:35
Test “neqativ” çıxıb, amma KT “buzlu şüşə” göstərir - ARAŞDIRMA
17-07-2020, 23:26
Sərt karantin rejimi tətbiq olunan ərazilərdə imtahanların keçirilməsinə qoyulan qadağa ləğv olunub
3-07-2020, 11:38
Leyla Əliyevanın doğum günüdür