UEFA Çempionlar Liqası: Pley-off mərhələsində daha 4 oyun baş tutacaq

UEFA Çempionlar Liqası: Pley-off mərhələsində daha 4 oyun baş tutacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün daha 4 oyun baş tutacaq.


Günün maraqlı qarşılaşmalarından biri İspaniyada keçiriləcək.


"Real" evdə "Mançester Siti" ilə görüşəcək.


"Borussiya" doğma meydanda "Sportinq"i, PSJ isə Liqa 1-in digər təmsilçisi "Brest"i qəbul edəcək. "Yuventus" səfərdə PSV-nin qonağı olacaq.


UEFA Çempionlar Liqası


Pley-off mərhələsi, cavab oyunları


19 fevral


21:45. "Borussiya" (Almaniya, Dortmund) - "Sportinq" (Portuqaliya)


İlk oyun - 3:0


00:00. PSJ (Fransa) - Brest (Fransa)


İlk oyun - 3:0


00:00. "Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə)


İlk oyun - 3:2


00:00. PSV (Niderland) - "Yuventus" (İtaliya)


İlk oyun - 1:2


Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 21-də keçiriləcək.



Tarix: 19-02-2025, 09:38


Bölməyə aid digər xəbərlər