Xocalıda bayraqlar yarıya qədər endirildi - FOTO

Xocalıda bayraqlar yarıya qədər endirildi - FOTO
Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər aşağı salınıb.

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Xankəndi şəhərində, Xocalı və Ağdərədə inzibati binaların qarşısında ucaldılan dövlət bayraqları yarıyadək endirilib.

Bu gün saat 17.00-da isə Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
 



Tarix: 26-02-2025, 10:05


Bölməyə aid digər xəbərlər
29-03-2024, 10:35 Ombudsman bəyanat YAYDI