Azərbaycanda “Barselona” klubunun akademiyası yaradılacaq

Azərbaycanda “Barselona” klubunun akademiyası yaradılacaq
Azərbaycanda İspaniyanın “Barselona” klubunun futbol akademiyası yaradılacaq.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Barselona” klubunun prezidenti Xuan Laportanı qəbul edərkən bildirilib.

Görüşdə Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə iş adamı Adnan Əhmədzadə və AFFA-nın prezidenti Rövşən Nəcəf iştirak edib.



Tarix: 1-03-2025, 12:16


Bölməyə aid digər xəbərlər
24-04-2024, 13:45 Prezident 2 fərman imzaladı
27-03-2024, 09:13 Azərbaycanda Elm Günüdür