14:56 / 12-06-2025
Kəlbəcərə ilk köç olacaq
12:46 / 12-06-2025
Sabah 37 dərəcə isti olacaq
16:26 / 11-06-2025
İlk dəfə Ukraynaya gedir
ABŞ Prezidenti: Los-Anceles sakinləri bəxtəvərdilər ki, onlara kömək etdim

ABŞ Prezidenti: Los-Anceles sakinləri bəxtəvərdilər ki, onlara kömək etdim


ABŞ Prezidenti Donald Tramp etirazlar səbəbindən Milli Qvardiya qüvvələrinin Los-Ancelesə yeridilməsinin düzgün qərar olduğunu hesab edir.

O, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

"Əgər bizim qoşunlarımız Los-Ancelesə girməsəydi, o, indi evlərin böyük hissəsi yandığı kimi, tamamilə yanıb kül olardı. Los-Ancelesin gözəl sakinləri çox şanslıdırlar ki, mən kömək etməyə qərar verdim!!!", - o qeyd edib.

Daha əvvəl Pentagon rəhbərinin xüsusi köməkçisi Brin Ullakott Makdonnell qoşunların yeridilməsinin ABŞ dövlət xəzinəsinə 134 milyon dollara başa gələcəyini bildirib.

İyunun 6-da Los-Ancelesdə qanunsuz miqrantların kütləvi saxlanılmasına başlanılıb, iyunun 7-si axşam saatlarına qədər miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunan ən azı 44 nəfər həbs edilib.


Tarix: 11-06-2025, 17:16


Bölməyə aid digər xəbərlər