Çərşənbə axşamı, 8 aprel 2025, 02:42:37  
14:29 / 07-04-2025
Nazir onlara vəzifə verdi
13:10 / 07-04-2025
Sabah 31 dərəcə isti olacaq
Gəncədə ölən tələbə intihar edibmiş - TƏFƏRRÜAT

Gəncədə ölən tələbə intihar edibmiş - TƏFƏRRÜAT


Gəncədə həyatını itirən tələbə sirkə turşusundan ölüb.

2004-cü il təvəllüdlü N. Məmmədova Gəncə şəhərində martın 26-da sirkə turşu içib.

Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Həkimlərin səyinə baxmayaraq, N.Məmmədova bu gecə sözügedən xəstəxananın Toksikologiya şöbəsində vəfat edib.

Qeyd olunur ki, N.Məmmədova 2021-ci ildə atasının ölümündən sonra psixoloji sarsıntı keçirib.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncədə tələbə vəfat edib.

Gəncə Dövlət Universitetinin tələbəsi Nüşabə Məmmədzadə həyatını itirib.

20 yaşlı tələbənin ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, N.Məmmədzadə təhsil aldığı müddətdə rəssamlıqla məşğul olub.


Tarix: 28-03-2025, 11:00


Bölməyə aid digər xəbərlər