Bakı Enerji Həftəsi və bu çərçivədə 29-cu Beynəlxalq Xəzər Neft və Qaz -
“Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji -
“Caspian Power” sərgilərinin açılışı Azərbaycanın, bütövlükdə regionun enerji
istehsalı və enerji təhlükəsizliyi tarixində yeni era deməkdir. Bu mənada
mübaliğəsiz demək olar ki, bu gün əsası qoyulan layihələr də bərpaolunan enerji
sahəsində yeni eranın başlanğıcıdır. Bu mənada Bakı Enerji Həftəsi çərçivəsində
reallaşan tədbirlərdə 30-dan çox ölkədən 300-dək şirkət olmaqla, bütün dünyanın
enerji sənayesində mövcud liderlərin bir araya gəlməsi, təbii ki, təsadüf hesab
oluna bilməz.
Hazırda Azərbaycan altısı Avropa ölkəsi olmaqla, 8 dövlətə qaz nəql edir.
Baxmayaraq ki, müəyyən dairələr Azərbaycanın Avropanın artmaqda olan
ehtiyaclarını ödəmək üçün kifayət qədər qaz ehtiyatlarının olmaması barədə ardıcıl
şayiələr tirajlayırdı. Lakin Prezident İlham Əliyevin formalaşdırdığı konfiqurasiya
həmin əsassız kampaniyalar seriyasına uğurlu cavab oldu. Xüsusən Azərbaycan
Prezidentinin zamanında uzaqgörənliklə reallaşdırdığı infrastrukturlar hesabına
ölkəmiz bu gün faktiki olaraq Avropa üçün alternativsiz və çox cazibədar enerji
təchizatçısı rolunda çıxış etməkdədir. Amma başqa bir reallıq da var ki,
Azərbaycan özünün gələcəyini neft-qaz sferasında yox, alternativ enerjidə görür.
Azərbaycan Prezidentinin Serbiya-Bolqarıstan İnterkonnektorunun açılışı zamanı
bəyan etdiyi kimi, “Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır.
Bu məsələdə də Prezident İlham Əliyevin mövqeyi kifayət qədər aydındır -
Azərbaycan enerji strategiyası və bu strategiyada yaşıl enerji amilinin yeri və
rolunu aydın müəyyən edib. Özünün gələcəyini neft-qaz sferasında yox, alternativ
enerjidə görməsi, beş milli prioritetdən biri kimi “təmiz ətraf mühit və yaşıl artım
ölkəsi“ olmaq formasında müəyyən edilməsi, ölkənin Kioto protokolu ilə karbon
qazlarının emissiyasının kəskin azaldılması üzrə çox cəsarətli hədəflər müəyyən
etməsi ilə iqlim dəyişikliyi mövzusunda Azərbaycan faktiki olaraq BMT-nin
müvafiq Çərçivə Konvensiyasının Şərqi Avropa Qrupu üzrə ən həssas praktik
yanaşma nümayiş etdirən üzvü kimi seçilir. 2024-cü ilin "Yaşıl dünya naminə
həmrəylik ili" elan olunması ilə də Prezident İlham Əliyev dünyaya bir daha sübut
etdi ki, Azərbaycan qlobal məsuliyyətini dərk edən, əhəmiyyətli hərbi-siyasi gücə
malik yeni beynəlxalq oyunçudur.
Samiyə Abdulkərimova - 12 saylı şəhər poliklinikasının baş həkimi
Bölməyə aid digər xəbərlər