12:22 / 04-12-2024
Makronu zəif adlandırdı
15:14 / 03-12-2024
Xəyyam Əhmədli dəfn olundu
10:16 / 03-12-2024
Neftimiz ucuzlaşdı
18:26 / 02-12-2024
Bu ərazidə işıq olmayacaq
Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.Ermənistanın 30 il ərzində yaratdığı ordu sadəcə 44 gün tab gətirdi və beləliklə, dünya ictimaiyyətində Ermənistan ordusu haqda yaranan yenilməzlik mifi puç oldu. Azərbaycan Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə haqq mübarizəsinə qalxdı və düşməni iti qovan kimi öz ərazilərimizdən çıxardı. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir. 
Bu müddət ərzində Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycan rəhbərliyinə diplomatik və siyasi təzyiqlər göstərildi. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. 
Bəzi ölkələr işğalçıya təzyiq etmək, zalımı dayandırmaq və sülh-əminəmanlıq yaratmaq əvəzinə, haqq mübarizəsi aparan Azərbaycana təzyiqlər göstərir, ölkəmizin öz torpaqlarını azad etmək və məcburi köçkünləri üçün yaşayış yeri təmin olunmasını uğrunda apardığı mübarizəni dayandırmaq istəyirdi. Lakin Azərbaycanın rəhbərliyinin göstərdiyi iradə ölkəmizin nə qədər güclü və qətiyyətli olduğunu nümayiş etdirdi. 

                                          Nadir Beycanov
                     Quba rayon Baytarlıq İdarəsinin rəis müavini


Tarix: 14-03-2021, 22:00


Bölməyə aid digər xəbərlər