Mahir Cəbiyevin Kiçik və Orta Biznesin İnkişafı Agentliyində yüksək vəzifəyə təyin olunacağı iddia olunur...
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Biznesə Xidmətlər Departamentinin təchizat şöbəsinin rəis müavini Mahir Cəbiyevin yüksək vəzivəyə təyin olunacağı ilə bağlı xəbərlər yayılıb.
AzFakt.com-un əldə etdiyi məlumatda iddia olunur ki, fevral ayının 7-də keçiriləcək Prezident seçkilərindən sonra Mahir Cəbiyev KOBİA-da yüksək vəzifəyə təyin olunacaq.
KOBİA rəhbərliyində təmsil olunan şəxslərdən bəzilərinin isə Nazirlər Kabinetində yüksək postlar tutacaqlar.
Qeyd edək ki, bir müddət öncə Mahir Cəbiyev haqqında yerli mətbuatda yayılan məlumatlarda onun milyonçu məmur olduğu iddia edilirdi. Həmin məlumatda bildirilirdi ki, KOBİA-nın Biznesə Xidmətlər Departamentinin təchizat şöbəsinin rəis müavini Mahir Cəbiyev vəzifəyə təyin olunandan sonra milyonçu məmura çevrilib. (AzFakt.com)
Bölməyə aid digər xəbərlər