Məhv edilən erməni hərbçilər “Yerkrapa” könüllüləridir

Məhv edilən erməni hərbçilər “Yerkrapa” könüllüləridir

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri Ermənistanla sərhəddə keçirilən “qisas əməliyyatı” zamanı məhv edilmiş iki erməni hərbçinin kimliyi məlum olub.

ArmLur.am-ın məlumatına görə, ölən hərbçilər “Yerkrapa” Könüllülər Birliyinin üzvləridir.

“Yerkrapa” Könüllülər Birliyi 1993-cü ildə yaradılan və Birinci Qarabağ müharibəsində iştirak edən könüllü erməni hərbçiləri birləşdirən qurumdur.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 13 fevral tarixində Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
 

Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.(Modern.az )



Tarix: 13-02-2024, 11:31


Bölməyə aid digər xəbərlər