Trampın hesabını bərpa etməyəcəyik - Tvitter

Tvitter ABŞ-ın keçmiş prezidenti Donald Trampın blokladığı hesabını bərpa etməyəcək.
QanunXəbər.com xəbər verir ki, bunu Tvitterin maliyyə direktoru Ned Seqal deyib.
“Bizim siyasətimiz elədir ki, əgər kimisə bu platformadan silmişiksə, geri qaytarmırıq. Bu, sadə şərhçi, maliyyəçi, keçmiş məmur da ola bilər. Qaydalarımız kiminsə zorakılığa çağırmasına imkan verməmək üçün hazırlanıb və kimsə bu cür hərəkətlərə görə silinirsə, onun bərpa olunmasına icazə vermirik. Tramp silinib və o, hər hansı keçmiş məmurlardan fərqlənmir”, - Seqal bildirib.


Tarix: 10-02-2021, 22:02


Bölməyə aid digər xəbərlər