Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkədə elan edilən karantin rejimi qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə tədbirlər davam etdirilir.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib. Reyd zamanı mağazalarda bəzi satıcı və müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.
Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən 11 şəxs barəsində protokol tərtib edilib, onlar cərimələniblər.
Bizimlə əlaqə saxlayın
Bölməyə aid digər xəbərlər