16:26 / 13-11-2024
Tələbə dəm qazından öldü
Respublika Uşaq Stomatoloji Mərkəzinin Terapiya şöbəsinin müdiri, həkim-stomatoloq Səadət Xıdırova ilə müsahibə



Haqqında mətbuatda çox yazılıb və yəqin ki, ölkəmizdə onu tanımayan az adam olar. Buna görə də, uzun-uzadı təqdimata ehtiyac görmürük. Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət Azərbaycanımızın tanınmış həkim – stomatoloqu İstedadlı olduğu qədər də sadə insan olan Səadət Xıdırovadan gedir. Səadət həkimlə söhbətimizi sizə təqdim edirik.

- Dişdə sarılıq xəstəliyinin yaranmasına nə səbəb olur?

- Necə ki, insanın rəngi doğuşdan olur, eləcə də dişin rəngi anadangəlmə olur. Yəni, bəzi insanlar doğulanda dişlərinin rəngi sarı olur. Amma müəyyən xəstəliklər nəticəsində də dişin rənginin dəyişməsi baş verə bilər. İçməli suda flüorun miqdarının çox olması, siqaret çəkmək və s. zamanı diş ərpi yaranır. Bunlar da dişin rənginin dəyişməsi ilə nəticələnir. Qeyd edim ki, rəng probleminin həlli bu gün stomatoloqlar üçün çox asan bir prosesdir.

- Bəs damaq qaşınması nədən yaranır?

 - Əgər çəkilmiş diş varsa, həmin dişin yeri qaşınarsa, ola bilər ki, həmin yerdə alveolit deyilən proses gedir. Çıxarılmış dişin yeri tam sağalmayıb, nəticədə sağalma prosesi getdikcə qaşınma olur. Qaşınma deyilən hissiyat əslində subyektiv hissiyatdır. Bu hal damaq xəstəliyi sayılmır.

- Bəs, ağızdan pis qoxunun gəlməsi dişlərdə hansısa problemdən xəbər verir?

- Ağızdan pis qoxunun gəlməsinin yenə başlıca səbəbi kariyesdir. Kariyes yarandıqda, dişin sərt toxumaları boşalır və yemək qırıntıları orada qaldığına görə, pis iy gəlir. Bəzi hallarda belə qoxu damaqdan da gələ bilər.

- Çox vaxt diş fırçalayarkən diş ətinin qanamasına əhəmiyyət vermirik. Bu, sonradan hansısa problemlər yarada bilərmi?

- Qanama varsa, bu gələcəkdə sümükdə rezobrsiyaya, dişin çıxarılmasına səbəb ola bilər. Qanamanın digər səbəbi isə diş fırçalarının düzgün seçilməməsidir. Bu da diş ətinin şişməsinə gətirib çıxarır ki, bir müddət sonra dişin kökü üzə çıxır.

- Plombların daha uzunömürlü olması üçün onların hazırlandığı materialın fərqi varmı?

-Əlbəttə var. Plombların hazırlandığı material qədər, onun ağız boşluğuna yerləşdirilməsi də əhəmiyyət kəsb edir. Bu zaman düzgün antiseptik qaydalarına riayət olunmalıdır ki, plombla diş ətinin arasına hər hansı bir maye daxil olmasın. Buna da xüsusi izolyasiya üsulları ilə nail oluna bilər. Digər tərəfdən, material da düzgün seçilməlidir. Bizim klinikada daha çox xaricdən gələn keyfiyyətli, bahalı plomblara üstünlük verilir.

-Uşaqlarda dişlərin əyri çıxmasının səbəbləri hansılardır?

-Vaxtında ana südü ilə qidalanmamaq çənənin inkişafına təsir edir. Çənə inkişafdan qalanda dişlər bir cərgədə yerləşmək üçün yer tapa bilmir. Uşaqları bəd vərdişlərdən kənarlaşdırmaq lazımdır, barmaq sovurmaq, əmzikdən çox istifadə etmək diş sırasında qüsurlar yarada bilər. 16 -25 yaş ərəfəsində ağıl dişi çıxarkən diş cərgəsində ağıl dişinə yer olmadıqda 16 yaşına qədər pasientin diş cərgəsi ideal olsa da, sonradan ağıl dişinin təsiri nəticəsində əyilmə baş verir". Diş əyriliyinin səbəbi genetik faktorlardan da asılı ola bilər. Ona görə də uşaqları vaxtında diş müayinəsinə aparmaq lazımdır.
-Hər breket fərdi hazırlanır, dəqiq konfiqurasiyaya və məqsədə – dişlərə xüsusi hərəkət istiqaməti verməyə xidmət edir. Breketə xüsusi ortodont qövsü birləşdirilir ki, bu da hər əyilmədə əvvəlki vəziyyətə qayıtmağa imkan verir. Qövslərə yardım olaraq fırça qıfıllar, metallik və elastik zəncirlər istifadə oluna bilər.Hazırda liqaturasız və liqaturalı breketlər tətbiq olunur. Liqaturasız breketlərdə liqaturalar xüsusi fiksəedici elementlərlə əvəz olunur.


-Breketlər haqqında nə deyə bilərsiniz?

Breketlərin taxılmasından öncə həkim dişləri Karies, çatlar və diş daşından təmizləməlidirmi?

Breketlərin taxılmasından əvvəl həkim bütün dişlərin vəziyyətini qiymətləndirməli və lazım olduqda müalicə etməlidir. Karies, çatlar, diş daşı, bruksizm breket-sistemlər üçün əks göstərişdir. Bu səbəbdən karies müalicə olunur, diş daşları təmizlənir, zədələnmiş dişlər bərpa olunur. Daha sonra həkim-ortodont dişlərin peşəkar təmizlənməsini aparır, xüsusi məhlulla emal edir, hər dişə yapışqan çəkir və breket (keramikadan, metaldan və s.) bərkidir. Breket-sistemlərin əksəriyyəti dişlərin xarici səthlərində quraşdırılır.
Daha sonra breketlərin içərisindən xüsusi çox bərk metal qövs keçirilir ki, məhz bu qövs dişləri dartaraq onları lazım olan yerlərə «itələyir». Dişlərin sırası düzəldikcə qövs digərinə dəyişdirilir.
Breket-sisteminin bərkidilməsindən sonra insan müəyyən ağrılar və diskimfort hiss edə bilər. Lakin bir müddətdən sonra bu hisslər keçir.Müəyyən müddətlərdən sonra həkim-ortodont breket-sisteminin və dişlərin vəziyyətinə nəzarət etməli, dişləri təmizləməlidir. Breketlər dişlərdən 1 ildən 3 ilə kimi qala bilər. Bu müddət ərzində dişlər öz normal fizioloji yerini tutur və daha sonra bu vəziyyətdə qalır.

-Breketlər neçə cür olur?

-Öz xarici görünüşlərinə görə breketlər metallik və estetik olaraq 2 yerə bölünür:
-Metallik breketlər tibbi poladdan hazırlanır, estetik breketlər müxtəlif materiallardan hazırlanır ki, bunlardan məqsəd düzgün dişləmi təmin etmək, insanın xarici diskomfortunu aradan qaldırmaqdır. Əgər adamda metala qarşı allegiya varsa hipoallergik və ya qızıl suyuna cəkilmiş breketlərdən istifadə olunur.
-Estetik breketlər 
– keramik, elastik və ya sapfir breketlər istifadə olunur.
Qövslərin birləşmə üsuluna görə aşağıdakı növləri var:
-Liqaturalı – bu zaman qövsə breket xüsusi liqatura ilə birləşir ki, bu da elastik (rezin) material və ya metaldan(xüsusi məftil) hazırlanır.
-Liqaturasız və ya özüliqaturalı breketlərdir ki, bunlar da xüsusi qıfıl vasitəsilə fiksə olunur.
Bərkidilmə yerinə görə breketlər bölünür: 
-Xarici və ya vestibulyar
– əksər hallarda dişin xarici səthinə fiksə olunur.
-Daxili və ya linqval öz gülüşündə estetik görünüş istəyənlər üçün istifadə olunur.
Belə breketlər pasiyentlərə daha baha başa gəlir.

-Çənələrdə olan müxtəlif qüsurlarla bağlı breketlərin qoyulması vacibdirmi? 

Dişlərin ağızda düz yerləşməməsi (əyri dişlər və s.) üst çənənin önə çıxması tək kosmetik defekt deyil. Bir çox hallarda bu digər pozulmalara - dişlərin dağılmasına, damaqların iltihabına, ağır vəziyyətlərdə güclü ağrılara, hətta çənənin bir tərəfə əyilməsinə səbəb ola bilər. Xüsusi breket-sistemləri dişlərin düz yerləşməməsi problemini həll edir. Breket-sistemlərinin quraşdırılması ilə həkim-ortodont məşğul olur. İlk növbədə həkim xəstəni müayinə edir, dişlərlə bağlı olan bütün problemləri (diş daşı, karies, damaqların iltihabı və s.) həll edir və yalnız bundan sonra breket-sistemi quraşdırılır. Breket-sistemlərin quraşdırılması üçün ən optimal yaş həddi - 12-18 yaşlar arasıdır. Uşaqda bütün süd dişləri daimi dişlərlə əvəz olunmalıdır. Daha böyük yaşlarda da breket-sistemləri insana kömək edə bilər. Lakin burada müalicə müddəti daha uzun olur. Breket-sistem xüsusi kiçik qıfılcıqlardan və qövsdən ibarətdir. Qövs öz formasını "yadında saxlayır" və dartılaraq dişləri düzəldir. Breket-sistemin quraşdırılması ağrılı deyil və təxminən 1,5- 2 saat çəkir. İlk 3 gün ərzində (bəzən bundan da artıq) pasient müəyyən ağrılar hiss edə bilər. Bəzən həkim pasientə ağrısızlaşdıran preparat təyin edir.

- Breket dişlərdə çürük yarada bilərmi?

Xeyr. Breket özü dişlərdə çürük yaratmaz. Lakin pasiyent breket taxdığı halda dişlərə qulluq etmirsə, bu zaman çürük yarana bilir. Qida qalıqları breketin altına yığılır və tellər çıxarıldıqdan sonra breketin formasında kariyesli zona əmələ gəlir.

- Pasientlərə sonda əlavə etmək istədikləriniz?

- Bu sahədə maarifləndirmə aparılmasına çox ehtiyac var. Çünki insanlar stomatoloqa çox gec müraciət edirlər. Artıq elə bir mərhələdə gəlirlər ki, dişlər çürümüş olur. Yaxşı olar ki, pasiyentlər həkimə vaxtında müraciət etsinlər. İstər diş əti xəstəlikləri, istər kariyes, istərsə də breketlərin qoyulması ilə bağlı erkən müdaxilə edilməlidir ki, effektli nəticə əldə olunsun.

Həkim, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.
-Buyurun, həmişə sağlamlığınızın qeydinə qalın.




Tarix: 16-09-2020, 11:54


Bölməyə aid digər xəbərlər