Koronavirusa yoluxan deputat evə buraxıldı

Milli Məclisin koronavirusa yoluxan deputatı Sahib Alıyev müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Oxu.Az-ın xəbərinə görə, deputat iki həftə ev şəraitində karantində qalacaq.
Qeyd edək ki, S.Alıyev iyunun 20-də koronavirusa yoluxduğunu bildirmişdi.
Bundan sonra S.Alıyev “Yeni klinikaya” yerləşdirilmişdi.
S.Alıyevin koronavirusa yoluxmasından sonra Milli Məclisin bütün deputatları analiz vermişdilər.
Lakin onlardan heç birinin nəticəsi pozitiv çıxmamışdı.


Tarix: 8-07-2020, 16:44


Bölməyə aid digər xəbərlər