15:14 / 03-12-2024
Xəyyam Əhmədli dəfn olundu
10:16 / 03-12-2024
Neftimiz ucuzlaşdı
18:26 / 02-12-2024
Bu ərazidə işıq olmayacaq
13:32 / 02-12-2024
Sabah leysan yağacaq
11:14 / 02-12-2024
Prezident qəbul keçirdi
09:41 / 02-12-2024
Bayden oğlunu əfv etdi
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - 43 NƏFƏR DƏ VƏFAT EDİB

Son 24 saatda Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3086 yeni yoluxma faktı qeydə alınıb,  781 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 149 765 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 90 278 nəfər müalicə olunaraq sağalıb, 1 675 nəfər vəfat edib, aktiv xəstə sayı 57 812 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 190, ötən müddət ərzində isə ümumilikdə 1 847 191 test aparılıb.
Qeyd edək ki, 06 Dekabr 2020-ci il tarixində isə son gün ərzində 4356 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.
01 Dekabr 2020-ci il tarixində açıqlanmış yoluxma faktı (4426) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi. 



Tarix: 7-12-2020, 17:41


Bölməyə aid digər xəbərlər