Bu ərazilərdə zəlzələ oldu

Azərbaycanda iki zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Axar.az-a verilən xəbərə görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 05:18-də Mingəçevir stansiyasından 21 km şimal-qərbdə, Mingəçevir rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Digər zəlzələ isə Xəzər dənizində olub.
Zəlzələ saat 05:26-da Qala stansiyasından 28 km şərqdə, Xəzər dənizində qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.1, dərinliyi 62 km olub


Tarix: 18-12-2020, 09:39


Bölməyə aid digər xəbərlər
12-07-2020, 10:57 Gürcüstanda zəlzələ oldu
22-07-2020, 19:41 Sabah yağış yağacaq