Mozır NEZ” ASC Belarus Respublikasının ikinci ən iri neft emal zavodu olaraq, son illərdə regionda icra olunmuş ən böyük miqyaslı tikinti layihəsi hesab olunur.
Sözün əsl mənasında meqalayihə
Zavodun əsas obyektlərindən biri olan, ağır neft qalıqlarının hidrokrekinqi Kompleksində montaj işlərinə 2019-cu ilin avqust ayında start verilmişdir.
Xüsusi çətinliyi ilə seçilən montaj işlərinin icrası üzrə nəzəriyyəçi və praktiklərin böyük əksəriyyəti hidrokrekinq Kompleksini əsaslı olaraq əsl Meqalayihə kimi qiymətləndirirlər. MDB ərazisində analoqu olmayan bu meqaqurğuda dünyada cəmi 8-i mövcuddur.
Bu layihənin məsuliyyət dərəcəsini, habelə Belarus Respublikasının rəhbərliyi tərəfindən təyin olunmuş çox qısa vaxt məhdudiyyətini nəzərə alaraq, layihə işlərinin icrası üçün yalnız qüsursuz biznes-reputasiyasına malik ən yaxşı xidmət təchizatçıları seçilmişdi. Kompleksin inşasında iştirak üçün seçilmiş şirkətlərin sırasında “SOCAR Construction” şirkəti də olub. “SOCAR Construction” şirkəti
texnoloji boru kəmərlərinin bütün montaj işlərini, o cümlədən boru kəməri armaturunun montajını, iriləşdirici yığma işlərini və termik emalı, qaynaqlanmış birləşmələrin müdaxiləsiz yoxlanılmasını, lak-boya örtüyünün vurulmasını, hidravlik və pnevmatik sınaq işlərini həyata keçirmişdir.
Görülmüş işlər
Layihə həyata keçirildiyi müddətdə müxtəlif materiallardan 13 km-dən çox texnoloji boru kəməri xətti (o cümlədən avadanlıqlar) montaj olunmuşdur. Qaynaqlanmış birləşmə yerlərinin sayı 46 mini ötmüşdür (WDI-70000).
5000-dən çox klapan və bağlayıcı-tənzimləyici armaturun quraşdırılması və montajı yerinə yetirilmişdir.
3,8-54,4 metr səviyyələrində montaj olunmuş təkcə iri-ölçülü (9 tona qədər çəkisi olan) avadanlıqların sayı 60 ədəddən çoxdur.
Komandanın birliyi və yüksək peşəkarlıq səviyyəsi, habelə düzgün qurulmuş idarəetmə sistemi sayəsində “SOCAR Construction” MMC əsas işlərini vaxtında icra edərək Mozır neft emalı zavodunun rəhbərliyindən müsbət rəylər almışdır.
Mozır neft emalı zavodunun yenidənqurma və inkişaf üzrə direktoru, A.A.Qud “SOCAR Construction” şirkətinin işini yüksək qiymətləndirmişdir:
“SOCAR Construction” MMC şirkətinin əməkdaşları xüsusilə təhlükəli obyekt və istehsalat müəssisələrinin sənaye tikintisi sahəsində ən yüksək bacarıq və ixtisas dərəcəsini nümayiş etdirmişdir. Üzərinə götürdüyü müqavilə öhdəliklərinin icrasında “SOCAR Construction” MMC şirkətinin əməkdaşları yüksək peşəkarlıq, təşkilatçılıq bacarığı və məsuliyyətlə fərqlənmişdir. Yuxarıda deyilənlər bu şirkəti sənaye tikinti layihələrinin layihə sənədlərinin tələblərinə uyğun tərzdə və Sifarişçinin təyin etdiyi müddətlər çərçivəsində uğurlu icrasına zəmanət verən, etibarlı tərəfdaş kimi xarakterizə edir”.
Gələcək fəaliyyət imkanları
Hidrokrekinq Kompleksi üçün boru kəmərinin montaj işləri üzrə müqavilə öhdəliklərini uğurla yekunlaşdırmış “SOCAR Construction” şirkəti Mozır NEZ-in istilik izolyasiyası işlərinə dair yeni sifarişini qəbul etmişdir.
Həmçinin, yaxın zamanda "SOCAR Construction” şirkətinin komandası İrkutsk neft şirkəti tərəfindən Markovo yatağının istismarına hazırlıq layihəsinə cəlb olunacaqdır.
“SOCAR Construction” Məhdud Məsuliyyət Cəmiyyəti – Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) budağı olaraq keyfiyyətli sənaye və infrastruktur obyektlərində yanacaq-enerji kompleksinin artan tələbatlarının təmin edilməsi məqsədilə təsis olunmuşdur.
SOCAR Construction
Bölməyə aid digər xəbərlər