Twitter 2020-ci ildə 1,14 milyard dollar zərər edib

Sosial media platforması şirkəti Twitterin 2020-ci ildə gəliri 2019-cu illə müqayisədə 7% artaraq 3,72 milyard dollara çatıb. Şirkəti  2019-cu ildə 3,45 milyard dollarlıq gəlir təmin etmişdi.
QanunXəbər.com xəbər verir ki, şirkətin keçən ilin son rübündə əldə etdiyi gəlir isə, 2019-cu ilin 4-cü rübü ilə müqayisədə 28% artaraq 1,29 milyard dollara yüksəlib. Şirkət 2019-un son rübündə 1 milyard dollarlıq gəlir əldə etmişdi.
Şirkətin 2020-ci ilin son rübündə əldə etdiyi mənfəət isə 87% artaraq 222 milyon dollar olub. Twitterin mənfəəti 2019-un son rübündə 118,7 milyon dollar təşkil etmişdi.
Twitter, 2020-ci il üzrə isə 1,14 milyard dollar zərər edib. Şirkət 2019-da 1,47 milyard dollar mənfəət əldə etmişdi.
Twitterin keçən ilin 4-cü rübündə gündəlik ortalama aktiv istifadəçi sayı 27% artaraq 192 milyona çatıb.


Tarix: 10-02-2021, 08:34


Bölməyə aid digər xəbərlər