15:14 / 03-12-2024
Xəyyam Əhmədli dəfn olundu
10:16 / 03-12-2024
Neftimiz ucuzlaşdı
18:26 / 02-12-2024
Bu ərazidə işıq olmayacaq
13:32 / 02-12-2024
Sabah leysan yağacaq
11:14 / 02-12-2024
Prezident qəbul keçirdi
09:41 / 02-12-2024
Bayden oğlunu əfv etdi
"ASAN xidmət" və DOST mərkəzləri ictimai xidmətlər sahəsində çox önəmli təsisatlardır


Davamlı islahatların həyata keçirilməsi, dövlət idarəçiliyində yeni və təkmil standartların tətbiq olunması Azərbaycanın güclü dövlət mexanizminin əsasını təşkil edən mühüm faktorlardandır. Bu mənada vətəndaşların bütün sahələrdə tam keyfiyyətli xidmətlə təmin olunması məsələsi də daim dövlətin diqqət mərkəzində dayanır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "ASAN xidmət" mərkəzləri, o cümlədən sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, hər kəsə dost məramı ilə yanaşan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 229 nömrəli 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılmış Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) birmənalı şəkildə vətəndaş məmnunluğunun təmin olunmasında əsaslı rol oynamaqdadır. Qeyd edilməlidir ki, "ASAN xidmət"in timsalında ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verdi və Azərbaycanın intellektual məhsulu olan “ASAN xidmət” mərkəzləri yaradılanda əsas götürülən insanlar üçün gözəl, rahat və şəffaf xidmət təşkili uğurla icra edilir. Azərbaycanda qısa müddət ərzində demək olar ki, əksər regionlarımızda "ASAN xidmət" mərkəzi istifadəyə verilib və fəaliyyət göstərir, eləcə də bəzi regionlarımızda da bu mühüm xidmət infrastrukturunun yaradılması nəzərdə tutulur. Yeri gəlmişkən, artıq Naxçıvan Muxtar Respublikasında da "ASAN xidmət" Mərkəzinin tikintisi davam edir. Bu da ictimai xidmətlər sahəsində çox önəmli bir təsisatdır. Qeyd edilməlidir ki, ölkəmizdə Naxçıvanla yanaşı ümumilikdə 7 mərkəz tikilir. Onlar istifadəyə veriləndən sonra isə "ASAN xidmət" mərkəzlərinin sayı 27-yə çatacaq. 
Hazırda digər uğurlu xidmət sistemi kimi xarakterizə olunan DOST mərkəzlərinin yaradılması da mühüm diqqət mərkəzindədir. Vurğulanmalıdır ki, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə yaradılan DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Agentlik sosial təminat və pensiya təminatı sahələrində növbəti uğurlu addım sayılmalıdır. 
Bəli, qeyd edilən xidmət sahələri ölkəmizdə inkişafın yeni mərhələsi, tamamilə yeni bir təfəkkürün ortaya qoyulması, ictimai münasibətlərdə tamamilə yeni fəlsəfənin tətbiq edilməsi kimi dəyərləndirilir. Azərbaycanın müasir inkişafı ilə tam uzlaşan bu uğurlar Azərbaycanın yeni intellektual uğurlarının göstəricisidir. 
Avdi Həsənov,
Salyan DAİM-də sektor müdiri, mütəxəssis


Tarix: 19-05-2021, 13:39


Bölməyə aid digər xəbərlər