Məscidlərdə cümə namazı necə qılınacaq, say limiti nə qədərdir? – QMİ-dən açıqlama

Məscidlərdə cümə namazı necə qılınacaq, say limiti nə qədərdir?
"Məscidlərdə cümə günündən başqa, digər günlərlə bağlı problem yoxdur. Demək olar ki, gələn insanların sayı az olur”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Sfera.az-a açıqlamasında deyib. O bildirib ki, məscidlərə gələnlərin sayı adətən 50-ni keçmir:

"Onlar məsafəni gözləməklə, gigiyenik qaydalara əməl etməklə namazlarını qıla bilirlər. Lakin elan etdik ki, cümə günündə xüsusilə bölgələrdə bir məsciddə 50 nəfər cümə namazını qılırsa, qalanları yaxındakı məscidlərə yönləndirilsinlər. Bəzi yerlərdə isə 50 nəfər namaz qılır və çıxdıqdan sonra digərləri daxil olurlar. Əvvəllər məsələn, mərkəz məsciddə namaz başlanırdı, 5 kilometr ətrafda cümə namazı qılmağa şans verilmirdi. Amma pandemiyadan sonra qaydalar dəyişdiyinə görə, artıq yaxınlıqdakı məscidlərdə namaz qılınmasına icazə verilir. Hazırda heç bir narazılıq yoxdur”.

Müsahibimiz həmçinin Qurban bayramı namazından da söz açıb: "Bayram namazı adətən sübh çağı qılınır. Peyvənd vurduran adamlar və 50 nəfərə qədər şəxslər yenə bayram namazında iştirak edə biləcəklər. Hələ ki, bu istiqamətdə başqa yenilik yoxdur”.

Qeyd edək ki, iyulun 20-si və 21-də məscidlərdə birgə bayram namazları qılınacaq.
 


Tarix: 14-07-2021, 13:04


Bölməyə aid digər xəbərlər