"Biri Əmrahdadır, biri də məndə" - Əməkdar artist

"Biri Əmrahdadır, biri də məndə" - Əməkdar artist

Əməkdar artist Cavanşir Məmmədov “Rəngarəng səhər” verilişində ona hədiyyə olunan aksesuarları təqdim edib.

Əməkdar artist sərvət dəyərində olan aksesuarların tarixçəsindən söz salıb.

Müğənni “qızıl mikrofon”la bağlı da xatirələrini bölüşüb: “Bu qızıl mikrofon, brilliant qaşlarla... 2005-ci ildə Türkiyə müğənnisi Əmrah - Küçük Əmrahla konsert vermişdik. Vəli Məmmədov var, biznesmendir. Bu mikrofondan birini Əmraha verdi, birini də mənə. Biznesmen adamdır. Hazırda da mənim qudamdır”.

Sənətçi bu aksesuarı heç zaman satmayacağını bildirib: “Bu, sənət yadigarlıdır. Acından ölsəm də, satmaram”.

Tarix: 22-11-2023, 08:58


Bölməyə aid digər xəbərlər