13:56 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
Rusiya vətəndaşları Finlandiyada daşınmaz əmlak ALA BİLMƏYƏCƏK

Rusiya vətəndaşları Finlandiyada daşınmaz əmlak ALA BİLMƏYƏCƏK

Finlandiya hökuməti 2024-cü ilin yazında Rusiya vətəndaşları üçün daşınmaz əmlak əməliyyatlarını tamamilə qadağan etməyi planlaşdırır.

Bunu ölkənin müdafiə naziri Antti Hakkanen bildirib.

Nazirin yerli "Helsingin Sanomat" nəşrinə verdiyi məlumata görə, hazırda bu qadağanın tətbiqi üçün hazırlıq gedir.

"Bunun üçün lazımi qanuni əsasların axtarışı aparılır", - deyə o əlavə edib.

Qeyd edək ki, Rusiyanın Ukrayna ərazilərində müharibə başlatmasından sonra Finlandiyanın NATO üzvlüyü üçün müraciət etməsi və alyansa qoşulması Moskva və Helsinki arasındakı münasibətləri kəskinləşdirib.("Kommersant")

Tarix: 15-01-2024, 17:54


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı