Kiyevə ötürülən silahlar bu ölkələrdə aşkarlandı

Kiyevə ötürülən silahlar bu ölkələrdə aşkarlandı

Qərbdən Ukraynaya verilən silahlara təkcə Yaxın Şərqdə rast gəlinmir, artıq Finlandiya, İsveç, Danimarka, Niderland krallığı və Qəzza zolağında qanunsuz göndərişlər qeydə alınıb.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Qərb Ukraynaya tədarük edilən silahların dünyanın qaynar nöqtələrinə “yayılmasına” diqqət yetirmir:

“Bu silahlar burada ekstremistlər və terrorçular tərəfindən istifadə olunur. Ukraynada təkcə əcnəbi muzdluların deyil, həm də əcnəbi təlimatçıların olmasını göstərən kifayət qədər təsdiqlənmiş faktlar var. ABŞ Kiyevi silah və hərbi mütəxəssislərlə təmin edən 54 ölkədən ibarət antirusiya koalisiyasını yaradıb. Məqsəd belədir: Ukrayna ilə bağlı hər şey Rusiyaya, necə deyərlər, strateji məğlubiyyət vermək üçün istifadə edilməlidir. Qərb Ukrayna layihəsinin “pozulmağa” başladığını anlayır, lakin nüfuz və iqtisadi mənfəət naminə Kiyev rejiminə yardımı dayandıra bilməz”.



Tarix: 30-01-2024, 17:32


Bölməyə aid digər xəbərlər