16:18 / 24-05-2025
Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
15:53 / 24-05-2025
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir
15:32 / 24-05-2025
Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb
14:45 / 24-05-2025
Azərbaycanın müdafiə xərcləri - Ötən il bu qədər olub
13:52 / 24-05-2025
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:11 / 24-05-2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:37 / 24-05-2025
Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:40 / 24-05-2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
11:09 / 24-05-2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
10:32 / 24-05-2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib - VİDEO
10:08 / 24-05-2025
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:36 / 24-05-2025
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
09:04 / 24-05-2025
BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr
19:18 / 23-05-2025
Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
18:55 / 23-05-2025
Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
18:20 / 23-05-2025
Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib
17:36 / 23-05-2025
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
17:09 / 23-05-2025
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:47 / 23-05-2025
Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar
15:51 / 23-05-2025
May ayının pensiyaları ödənilib
14:51 / 23-05-2025
Hökməlinin bir hissəsində qaz kəsilib
14:38 / 23-05-2025
Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq
13:19 / 23-05-2025
Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır
12:56 / 23-05-2025
MM müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblərin qoyulmasını ilk oxunuşda qəbul edib
12:03 / 23-05-2025
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib
11:37 / 23-05-2025
Qarabağ Universitetinə daha çox yer AYRILDI
Putin Ərdoğanın adını niyə çəkmədi - müsahibəyə sözardı




Bölməyə aid digər xəbərlər

Baydenin bir neçə il əvvəl ölmüş Fransa prezidenti Mitteranla görüşdüyünü deməsi fonunda Putin dünyaya xitabı “bir daşla iki quş” effekti yaradıb
Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonun Youtube üzərindən yayımlanan kanalına (https://tuckercarlson.com/) müsahibəsi gözlənildiyi kimi dünyanın informasiya məkanında bomba effekti yaratdı.
Bunun əlbəttə ki, iki əsas səbəb var. Birinci səbəb Putinin özünün şəxsi ilə bağlıdır. Onun açıqlamaları dünya liderlərinin, Rusiyanın düşmənləri kimi, bu ölkə ilə normal münasibətlərdə maraqlı olan dövlətlərin gələcək planlarını qurmaq üçün bəlkə də bir “yol xəritəsi” ola bilərdi. İkincisi, müsahibə üçün Moskvaya gələn jurnalist sıradan biri deyildi, 7 il “Fox News”də siyasi tok-şouları ilə tanınan Karlsonun indi də milyonlarla izləyicisi var, həm də dünya anqlosakslarının izlədiyi tribunlardan biridir- CNN, BBC kimi... Amma indi o həm də Ağ Evin “qara siyahısında” olan jurnalistir, çünki 2020-ci ildən Respublikaçı Partiyasının sırasındadır, hətta onun Moskvaya Trampın göndərdiyi haqda da iddialar var...

Putinin 2 saat 6 dəqiqəlik müsahibədə əsas hədəfi elə ilk suala cavabdan bəlli oldu. 30 dəqiqəyə yaxın Rusiya dövlətçiliyinin tarixində ukraynalılar, Ukrayna dövlətçiliyi və münasibətlərdən danışdı. Karlson onun fikirini tarixdən ən azı iki dəfə yayındırmağa çalışdı, amma Putin müsahibə üçün beynində yəqin ki, struktur formalaşdırmışdı və amerikalı jurnalisti sonadək də “özünün qaydalarına” məcbur etdi.
Prezident danışdığı tarixi faktları bir qovluğa sənədlərlə birgə toplamışdı və onu jurnalistə təqdim etdi. Yaxın vaxtlarda bu sənədlərin təqdimatını etsə, Karlson daha bir neçə milyon izləyici kütləsi toplayacağı şübhəsizdir.
Tarix vacib elmdir, amma quru və cansıxıcıdır, Putin Karlsonun darıxdığını hiss etdiyi üçün bunu etiraf da etdi. Amma Ukrayna ilə münaqişəyə səbəb olan tarixədək(2014) özətlədi, yorulmadan danışdı.
Putinin müsahibələrini müharibədən əvvəl də izlədiyim üçün şəxsən mənim üçün bir çox mövzular, xüsusilə NATO-Rusiya, Rusiya-ABŞ danışıqları haqda dedikləri təkrar oldu. Düzdür, bir-iki epizodda “bax, bu kabinetdə” deyərək danışıqlarda iştirakçılarla bağlı bəzi dəqiqləşdirmələr də etdi. Belə bir detal da oldu. Karlsona danışıqların birində ABŞ-ın Rusiyadakı keçmiş səfiri, indi Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edən Uilyam Börnsün də iştirak etdiyini dedi. Sonra Karslonun yadına saldı ki, vaxtilə MKİ -yə işə düzəlmək istəyib, amma yaxşı ki, onu işə götürməyiblər. Bu, yəqin ki, Karslonun müsahibəsindən əvvəl Putinə jurnalistlə bağlı təqdim edilmiş məlumatlar sırasında olub, o da yeri gəldi, bunu dedi.

Rusiya prezidentinin dediklərindən əsas xətlərindən biri bu oldu ki, onun bir neçə mühüm təklifinə Qərb, xüsusilə ABŞ qulaqardına vurub. Belə ki, SSRİ-nin dağılmasından sonra Rusiyanın NATO ilə normal münasibətlər istəyinə, Avropada Raketdən Müdafiə Sistemlərinin yerləşdirilməsi məsələsində təkliflərinə, eləcə də Ukraynanın NATO-ya üzvlüklə bağlı müzakirələrin gərginlik yaradacağına ciddi baxmayıblar, ABŞ Şimali Qafqazda vaxtilə Rusiyanı parçalamaq istəyənlərə “müxalifət” deyərək maliyyələşdirib. Rusiya prezidenti “Şimal axını” qaz kəmərinin kimin partladılması haqda suala “Sən...”(yəni amerikalılar) deyə yarızarafatcavab verib, Ukraynanı silahla təminatında ABŞ-ı suçlayıb. Deyib ki, əgər silah təminatı dayanarsa, müharibə tez bitər. Maraqlıdır ki, İstanbul razılaşması haqda danışan Putin danışıqlar üçün o zaman ciddi səyləri olan Türkiyə prezidentinin adını xatırlatmayıb.
Putinin müsahibənin əvvəlində “Qərb güclü Rusiyadan daha çox güclü Çindən qorxur” fikri də maraqlı idi. Sonda amerikalı jurnalist Çin mövzusuna bir də qayıtdı. Putindən soruşdu ki, Rusiyanın da daxil olduğu BRİKS-də Çin hegamon rola sahib ola bilərmi, bu Moskvanı narahat edirmi? Putin dedi ki, Çinin xarici siyasət fəlsəfəsi aqressiv deyil, həmişə kompromis axtarır. Yenə də jurnalistin sualına cavab olaraq dediklərindən belə anlaşıldı ki, Bayden getsə də, Rusiya-ABŞ münasibətlərinin normallaşacağına ümid edir, amma buna əmin deyil, çünki ABŞ dünyada aqressiv siyasətdən imtina etmir.

Zelenski ilə bağlı bəzi sözləri yenilik oldu. Bu dəfə sanki danışıqlara “əl yeri” qoydu, “bəzi qərarları Qərbdən müstəqil verə bilər” dedi, Rusiyada casusluq ittihamı ilə həbsdə olan amerikalı jurnalistlə bağlı da razılaşma ola biləcəyinə işarə etdi. Amma Karlson nədənsə, Putinə yaxınlaşmaqda olan prezident seçkisi ilə bağlı sual vermədi...
Müsahibənin sonunda Putinin iki mühüm mesajı da diqqət çəkdi. Dedi ki, müharibədə Rusiya əsgərləri ukraynalıları mühasirəyə alır və onlara “təslim olun, sağ qalın” əmri verirlər. Ukrayna tərəfindən olan əsgərlər "ruslar təslim olmur" deyib vuruşub və ölüblər. Putinin izahı belə oldu ki, ukraynalılar hələ də özlərini rus kimi hiss edirlər. İkincisi, Rusiya prezidentinə görə, iki qardsaş slavyan xalqının bir-birinə silah tuşlamasını, kilsələrin ayrılmasını birdəfəlik parçalanma kimi düşünənləri yanılırlar. “Birləşmə mütləq olacaq, çünki insanları biləşdirən ərazilər deyil, dini inaclarıdır...”
Müsahibəyə reaksiyalar hələ davam edəcək. Baydenin bir neçə il əvvəl ölmüş Fransa prezidenti Mitteranla görüşdüyünü deməsi fonunda Putinin dünyaya xitabı Kremlin “bir daşla, iki quş” vurması effeti yaradıb...(Musavat)
Tarix: 10-02-2024, 14:26
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
30-01-2024, 17:07
Bu məhkəmələrə hakimlər təyin edildi
18-01-2024, 10:55
MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
26-01-2024, 17:49
Prezident daha 1 sərəncam, 4 fərman imzaladı
1-02-2024, 09:00
Günün qoroskopu: Yaxınlarınızla danışanda sərt olmayın
26-01-2024, 09:00
Günün qoroskopu: səhvlərinizdən nəticə çıxarın
31-01-2024, 10:33
Bakıda saxlanılan casusun Fransadakı qalmaqalı böyüyür - YENİ FAKTLAR
31-01-2024, 12:08
Bağça müəllimləri bu il sertifikasiya imtahanı verəcəklər? - AÇIQLANDI
26-01-2024, 09:20
Daşaltı əməliyyatından 32 il ötür
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
30-01-2024, 09:40
Hesabdakı qalığa faiz verən bank kartları - Siyahı
14-05-2021, 17:23
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
20-07-2021, 19:16
Cənubi Qafqazın taleyi bu gün İlham Əliyevin Putinə deyəcəyi son sözdən asılıdır: - Tahir Kərimli niyə "Daşnaklar"la eyni cərgədə dayanır?
2-02-2024, 09:26
Əziz gənclər, bayramınız mübarək!
9-02-2024, 13:08
Magistraturaya 19725 bakalavr imtahan verəcək
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
23-01-2024, 08:57
Bakının əsas yollarında TIXAC var
29-01-2024, 17:00
Madər Musayevin yerinə bu deputat SEÇİLƏCƏK