Paşinyan - Ursula fon der Leyen - Blinken görüşü keçiriləcək

Paşinyan - Ursula fon der Leyen - Blinken görüşü keçiriləcək


Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinken arasında görüş keçiriləcək.


Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində bildirib.


O deyib ki, həmin görüşdə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlıq yolları müzakirə olunacaq.


“Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yollarını müzakirə etmək üçün bu il aprelin 5-də Brüsseldə sədr fon der Leyen, baş nazir Paşinyan və dövlət katibi Blinken arasında görüş planlaşdırılır. Tədbir həmçinin Ermənistanın davamlılığını artırmaq məqsədi daşıyır. Yaxın vaxtlarda bu barədə daha ətraflı danışmaq mümkün olacaq”, - Qriqoryan deyib.


2023-cü il oktyabrın 5-də Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Qranada görüşündən sonra birgə bəyanat yayıblar. Ursula fon der Leyen Ermənistana dəstək üçün Aİ-ABŞ birgə tədbirinin hazırlanması barədə məlumat verib.



Tarix: 21-03-2024, 12:22


Bölməyə aid digər xəbərlər