Sahibə Qafarova Simonyanla görüşündən DANIŞDI

Sahibə Qafarova Simonyanla görüşündən DANIŞDI

Cenevrə şəhərində Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş baş tutub.

Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib. 

Sədr bildirib ki, aparılmış müzakirələr zamanı iki ölkə arasında əlaqələrə parlamentin töhfəsi barədə danışılıb.

Xatırladaq ki, Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. Görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub.

Aparılmış müzakirələr zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi məsələlər nəzərdən keçirilib

Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.



Tarix: 29-03-2024, 11:40


Bölməyə aid digər xəbərlər
26-03-2024, 09:52 Cünevrədə mühüm TOPLANTI
14-12-2023, 11:11 Spiker Mərakeşə getdi