16:18 / 24-05-2025
Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
15:53 / 24-05-2025
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir
15:32 / 24-05-2025
Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb
14:45 / 24-05-2025
Azərbaycanın müdafiə xərcləri - Ötən il bu qədər olub
13:52 / 24-05-2025
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:11 / 24-05-2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:37 / 24-05-2025
Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:40 / 24-05-2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
11:09 / 24-05-2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
10:32 / 24-05-2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib - VİDEO
10:08 / 24-05-2025
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:36 / 24-05-2025
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
09:04 / 24-05-2025
BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr
19:18 / 23-05-2025
Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
18:55 / 23-05-2025
Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
18:20 / 23-05-2025
Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib
17:36 / 23-05-2025
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
17:09 / 23-05-2025
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:47 / 23-05-2025
Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar
15:51 / 23-05-2025
May ayının pensiyaları ödənilib
14:51 / 23-05-2025
Hökməlinin bir hissəsində qaz kəsilib
14:38 / 23-05-2025
Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq
13:19 / 23-05-2025
Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır
12:56 / 23-05-2025
MM müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblərin qoyulmasını ilk oxunuşda qəbul edib
12:03 / 23-05-2025
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib
11:37 / 23-05-2025
Qarabağ Universitetinə daha çox yer AYRILDI
Bələdiyyə seçkiləri - Türkiyə demokratiyasının daha bir nümunəsi - ŞƏRH




Bölməyə aid digər xəbərlər

Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkiləri bir çox proqnozları alt-üst edib.
Məlumata görə, bu siyasi kampaniyada 34 siyasi partiya iştirak edib. 206 mindən artıq seçki məntəqəsi fəaliyyət göstərib. 61 milyon 441 mindən çox seçici qeydə alınıb. Seçkilər 30 böyükşəhər, 51 əyalət, 973 rayon və 390 şəhər bələdiyyəsi sədrini, 50 min 336 muxtarı müəyyən edib.
Bu kampaniyada Cümhuriyyət Xalq Partiyası (CXP) uğur əldə edərək 37,74 faiz səs qazanıb. Hakim AK Parti (Ədalət və İnkişaf Partiyası) isə 35,49 faiz səs toplayıb.
Yenidən Rifah Partiyası (YRP) 6,19 faiz, DEM Partiya 5,68 faiz, Milliyyətçi Hərəkat Partiyası (MHP) 4,98 faiz, İyi Partiya 3,77 faiz səslə sonrakı yerləri tutublar.
Son 20 ildə AK Parti ilk dəfə idi belə bir məğlubiyyətə uğrayıb. 2004-cü il martın 29-da keçirilən seçkilərdə 20 siyasi partiya iştirak edib. Həmin kampaniyada səslər belə paylanmışdı: AK Parti 41,67 faiz, CXP 18,23 faiz, MHP 10,45 faiz, Doğru Yol Partiyası 9,97 faiz və s.

20 il ərzində hakimiyyətdə olan bir partiya ümumi səslərin təxminən 6 faizini itirib. Onun müttəfiqi MHP də 6 faiz az qazanmaqla 20 il əvvəl əldə etdiyi səsləri toplaya bilməyib. AK Partiyə yaxınlığı ilə seçilən YRP isə ötən hesabat dövrü ilə müqayisədə 6,19 faiz səslə siyasi meydanda öz sözünü deyib. Hakim partiyanın seçicilərinin səslərini ona verdiyi də ehtimal olunur.
Əslində, AK Partinin Türkiyədə nüfuzunun azaldığını 2023-cü il mayın 14-də keçirilmiş prezident seçkisinin gedişindən də müşahidə etmək olar. Bu siyasi kampaniyanın birinci turunda əsas mübarizə AK Partinin namizədi Rəcəb Tayyib Ərdoğanla ana müxalifətin lideri, CXP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu arasında getmişdi. Onda indiki Prezident 49,52 faiz, Kamal Kılıçdaroğlu isə 44,88 faiz səs toplamışdı. Müqayisə üçün qeyd edək ki, 2018-ci il iyunun 24-də keçirilən prezident seçkisində 52,59 faiz səs qazanan R.T.Ərdoğan 30,64 faiz səs toplamış CXP-nin namizədi Muharram İncəyə qalib gəlmişdi.

Ötən il keçirilən məlum siyasi kampaniyada dövlət başçısı ikinci turda müəyyənləşdi. Bu mərhələdə indiki prezident 56,34 faiz, Kamal Kılıçdaroğlu isə 47,82 faiz səs toplamışdı.
Yeri gəlmişkən, 2002-ci il dekabrın 3-də keçirilən parlament seçkilərində də ilk dəfə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə AK Parti qalib gəlmişdi. Həmin seçkilərdə bu partiya 34,28, CXP isə 19,39 faiz səs toplamışdı. Bu, həm də AK Partiyə Türkiyə tarixində uzun fasilədən sonra təkbaşına hökuməti qurmağa imkan vermişdi.
2023-cü il mayın 14-də keçirilən parlament seçkilərində hakim siyasi qüvvə 35,62, əsas müxalifət isə 30 faiz səs toplamaqla mübarizənin davam etdiyini göstərmişdi.
İqtidar və müxalifət partiyaları arasında mübarizə 2019-cu ilin iyununda keçirilən İstanbul Böyük Şəhər Bələdiyyəsi seçkilərində özünü daha açıq göstərdi. Bu kampaniyada da ikinci turun olması bunu təsdiqləyirdi. Həmin seçkidə CXP-nin namizədi Əkrəm İmamoğlunun rəqibi AK Partinin nümayəndəsi Binəli Yıldırım idi. Müxalifət təmsilçisi qalib gələrək böyük siyasi səhnəyə yeni fiqur kimi qələbə ilə başladı.

Bu faktlar Türkiyənin klassik siyasi təşkilatının iqtidara ciddi rəqib kimi siyasi meydanda olduğuna dair xəbərdarlıq idi. Ötən illər ərzində AK Partidən qopanların müxalifət olması, regional və qlobal hadisələrdə rəsmi Ankaranın mövqeyi, antiterror əməliyyatları, qaçqınların qəbul edilməsi, sosial problemlər, ötənilki zəlzələ və s. məsələlər bələdiyyə seçkilərinin nəticələrinə təsirsiz ötüşməyib.
R.T.Ərdoğanın 4-5 ilə hazırlaşmaq ismarışı hakim siyasi elitanın məğlubiyyət səbəblərinin araşdırılacağından xəbər verir. Başqa sözlə, AK Partinin 2028-ci il prezident və parlament, 2029-cu il bələdiyyə seçkilərinə yeni taktika ilə gedəcəklərini ehtimal etməyə əsas verir.
Bələdiyyə seçkiləri Türkiyədə bu institutun önəmini bir daha artırıb. Bu kampaniya ölkənin siyasi həyatının gələcəyi üçün müəyyən siqnal verir. Türkiyə daxilində və xaricdə bir çoxları ölkədə demokratiyanın təhlükədə olduğunu zənn edirdi, hətta müxtəlif hadisələri uzlaşdırmaqla bunu arqumentləşdirməyə səy göstərirdilər. Ancaq seçkilər bu məsələyə də aydınlıq gətirdi. Türkiyə siyasi elitası, cəmiyyəti demokratiyaya sadiq qaldığını nümayiş etdirdi.
Bələdiyyə seçkiləri həm də Cümhuriyyətin demokratik uğurudur. Türkiyə bununla ən doğru yolun demokratiya olduğunu da isbatladı.(Report)
Tarix: 1-04-2024, 16:13
Bölməyə aid digər xəbərlər
27-03-2024, 13:27
Türkiyə şəhərləri merlərini seçir: A-dan Z-yə SEÇKİ PROSESİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
13-02-2024, 16:47
Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı yekun qərarı - TAM MƏTN
1-04-2024, 09:52
Əkrəm İmamoğlu və Mansur Yavaş liderdir - Yenilənir
15-07-2020, 11:07
Tovuz istiqamətində törədilən son təxribatlarla bağlı siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI
28-02-2024, 10:30
Namizədlərin yekun hesabatları açıqlandı - Kim nə qədər XƏRCLƏDİ...
1-04-2024, 14:09
CHP 35, AKP 24 şəhərdə qalib gəlib
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
30-01-2024, 13:49
MSK sədrinin müavini: “Azad edilmiş ərazilərdə ilk dəfə 22 mindən çox seçici səs verəcək”
10-07-2020, 18:56
Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
16-12-2023, 21:21
MSK-nın iclasında nələr müzakirə edildi...
20-07-2021, 19:16
Cənubi Qafqazın taleyi bu gün İlham Əliyevin Putinə deyəcəyi son sözdən asılıdır: - Tahir Kərimli niyə "Daşnaklar"la eyni cərgədə dayanır?
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
14-05-2021, 17:23
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
31-01-2024, 10:33
Bakıda saxlanılan casusun Fransadakı qalmaqalı böyüyür - YENİ FAKTLAR
10-02-2024, 15:13
"Şöbə rəisinə 700 min manat vermişəm" - Müdafiə Nazirliyində yeyinti işi