16:18 / 24-05-2025
Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
15:53 / 24-05-2025
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir
15:32 / 24-05-2025
Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb
14:45 / 24-05-2025
Azərbaycanın müdafiə xərcləri - Ötən il bu qədər olub
13:52 / 24-05-2025
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:11 / 24-05-2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:37 / 24-05-2025
Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:40 / 24-05-2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
11:09 / 24-05-2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
10:32 / 24-05-2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib - VİDEO
10:08 / 24-05-2025
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:36 / 24-05-2025
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
09:04 / 24-05-2025
BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr
19:18 / 23-05-2025
Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
18:55 / 23-05-2025
Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
18:20 / 23-05-2025
Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib
17:36 / 23-05-2025
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
17:09 / 23-05-2025
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:47 / 23-05-2025
Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar
15:51 / 23-05-2025
May ayının pensiyaları ödənilib
14:51 / 23-05-2025
Hökməlinin bir hissəsində qaz kəsilib
14:38 / 23-05-2025
Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq
13:19 / 23-05-2025
Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır
12:56 / 23-05-2025
MM müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblərin qoyulmasını ilk oxunuşda qəbul edib
12:03 / 23-05-2025
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib
11:37 / 23-05-2025
Qarabağ Universitetinə daha çox yer AYRILDI
İranın vəziyyətinin göstəricisi - Sepahın dezinformasiyası - ŞƏRH






Bölməyə aid digər xəbərlər

HƏMAS-İsrail müharibəsinin 6 ayı tarixə döndü. Bu müharibənin davam etməsi bəzi rejimlərin ömrünün uzanmasıdır. Ona görə də İran, Suriya və onları dəstəkləyənlər daha çox bu savaşı mümkün qədər uzatmağa, ya da əlüstü HƏMAS-la atəşkəsə, sülhə dair razılığa nail olmağa çalışırlar.
Yenixeber.org: Çünki HƏMAS-ın, habelə Fələstindəki bu kimi qruplaşmaların sıradan çıxması, regiondan uzaqlaşdırılması nəticəsində Körfəz iqtisadi əməkdaşlıq ölkələri ilə İsrail, Fələstinlə İsrail arasında keyfiyyət baxımından yeni yanaşma yarana bilər. Bu isə İran hakimiyyətinin regional məsələlərə təsirini azaldar. Belə bir vəziyyət perspektivdə iranyönlü “müqavimət” qruplarının da fəaliyyətinə mənfi təsir göstərər. İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) qurduğu belə silahlı dini-siyasi qruplaşmalara maraq da azalar, yaxud da olmaz.
Bu baxımdan 6 aydan artıq davam edən müharibədə HƏMAS-ın, bir silahlı-siyasi qruplaşmanın taleyi deyil, həm də Yaxın Şərq bölgəsinin gələcəyi həll oluna bilər.
Müharibədə daha çox İran hakimiyyətinin, xüsusilə Sepahın əməlləri, izləri görünür. Hadisələrlə bağlı həm də Sepahın yaydığı xəbərlərə diqqət edilir.
Aprelin 7-də bu silahlı birləşmə İsrailin tamamilə Qəzza zolağından çıxdığına dair məlumat yayıb. Bunu İranın İsraili vuracağı xəbərdarlığı ilə əsaslandırıb. Sepah bu məsələdə özünə mənbə olaraq “Jadeh” adlı saytı seçib.

Bildirib ki, Tehran hakimiyyəti Oman sultanlığı vasitəsi ilə İsraili vuracağına dair xəbərdarlıq göndərib. İranın ismarışına görə, ABŞ daimi atəşkəsi təmin etməzsə və zolağın Rəfah şəhərinə İsrailin hücumunu dayandırmazsa, o halda birbaşa yəhudi dövlətini vuracaq.
Sepah bildirib ki, ali dini rəhbər ayətullah Seyid Əli Xamənei ölkə rəsmiləri ilə görüşündə deyib: “Sionist rejimin Qəzza zolağında məğlubiyyəti davam edəcək, o, tənəzzülə, məhvə yaxınlaşacaq”.
Korpusun iddiasına əsasən, Xaməneinin hədələyici çıxışlarından sonra İsrail qoşununu Qəzza zolağından tamamilə çıxarıb: “Bununla da İran ABŞ qarşısında seçim qoyub - İsrailə birbaşa hücumdan Qəzzada daimi atəşkəs imzalamaq və Rəfaha əməliyyatının aparılmayacağına rəsmi zəmanət verməklə qaça bilərsiniz”.
İsrailin müdafiə naziri Yoab Qallant isə bildirib ki, Müdafiə Ordusu Rəfaha hücuma hazırlaşdığı üçün zolağın cənubundakı Xan Yunus rayonundan qoşununu çıxarır.
İsrailin Baş naziri Benyamin Netanyahu isə bəyan edib ki, Qəzza zolağında saxlanılan girovları sərbəst buraxılmayanadək atəşkəs olmayacaq.

Onun sözlərinə görə, HƏMAS müharibənin dayandırılmasını və toxunulmazlıq tələb edir: “Bu, hərəkatın qalması və bərpasını təmin etməkdir”.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Rəfahla bağlı açıqlama yayaraq qeyd edib ki, Benyamin Netanyahu Rəfahda genişmiqyaslı əməliyyatlarsız müharibənin bitməsi ilə bağlı qərar qəbul edəcəyi halda onun Baş nazir postunda qalması mümkün olmayacaq.
Odur ki, Sepahın İsrail qoşununun Qəzza zolağını tərk edəcəyinə dair xəbər daha çox bəzi sarı mətbuatın yaydığı şayiəyə oxşayır. Bu dezinformasiya daha çox daxili auditoriya və proksi qüvvələr üçün nəzərdə tutulub. Silahlı qruplaşma bununla öz gücünü və regional qüdrətini göstərməyə cəhd göstərir. Guya Tehranın hədəsi ilə İsrail zolaqdan çıxıb. İsrail rəsmiləri açıqlamalarında bildiriblər ki, qoşunların Xan Yunusdan çıxması müharibənin başa çatması, Rəfahda əməliyyatın keçirilməməsi anlamına gəlmir.

Aprelin 8-də HƏMAS-la Qahirədə danışıqlar uğursuz başa çatıb. Danışıqlarda irəliləyişin olmadığı da bildirilib.
Sepahın hədələyici başqa bir dezinformasiyası isə Azərbaycan və İsraillə bağlıdır.
ABŞ və İsrail tərəfindən terrorçu təşkilat olaraq tanınan bu silahlı birləşmənin təbliğat qurumları əvvəlcə İsrailin Bakıdakı səfirliyinin vurulumasını, bunun ardınca Azərbaycanın Zəngilan rayonunda yerləşən “İsrail mərkəzlərinə“ zərbələrin endirilməsini “təklif etmişdi”.
Bunların heç biri baş verməyəndə planı yeni formada təqdim edib. Bildirib ki, guya İrandan Təl-Əvivə birbaşa 20, İsrailin Bakıdakı “yuvalarına” isə 5 raket buraxılmalı imiş. Sepahın iddiasına əsasən, bu, “müqavimət cəbhəsini” və İranın regionda gələcək mövcudluğunu təmin etmək üçün lazımdır. Ancaq İran hakimiyyətinin Azərbaycan ərazisində belə davranışı bumeranq effekti verər. İstər-istəməz yada bu ilin yanvarında Pakistanın İran ərazisinə cavab zərbəsi endirməsi düşür. Ancaq rəsmi Bakı İranda 30 milyondan çox azərbaycanlının olduğunu nəzərə alıb, bu addımı atmaz. Sepahın daxilindəki antitürklərin, panfarsistlərin cavabını 30 milyonluq Azərbaycan türkü verər. Ona görə də belə bir addımı atmaq istəyənlər İran daxilindən pərişan edilərlər.

İran hakimiyyəti Ermənistandan Cənubi Qafqazda mövcudluğunu qorumaq, Azərbaycana təzyiq etmək üçün alət kimi istifadə edir. Sepahın ötən gün yaydığı xəbərdə bildirilib ki, Azərbaycan və Ermənistan arasında artan gərginlik fonunda İslam Respublikası ikinciləri “ilk dəfə olaraq silahlandırmağa başlayıb”. Aprelin 7-də İranın “Boeing 747” (IR4705) hərbi təyyarəsi Tehrandan Ermənistan istiqamətində uçarkən “GPS”-ni söndürüb. Sepahın məlumatına əsasən, həmin təyyarədə İrəvana dronlar və başa silah sistemi daşınıb.

Bu silahlı birləşmənin iddiasına əsasən, İran əvəz çıxır, Zəngəzur yolunun açılmasını regional ölkələrin sərhədlərinin dəyişməsi kimi qiymətləndirir.
Sepah bu kimi “xəbər” və “dəyərləndirmələrlə” Azərbaycana qarşı qara yaxır.
İran Silahlı Qüvvələrinin tərkibi sayılan İnqilab Keşikçiləri Korpusu İran hakimiyyətinin bel sütunudur. İranda dövlət içində dövlət sayılır. Onun zəifləməsi və ya sıradan çıxması Tehrandakı mövcud rejimin çöküşü, süqutunun başlanğıcı ola bilər. Belə bir qurumun dezinformasiya, saxta məlumatlar yayması onun vəziyyətinin göstəricisidir. Çünki informasiya texnologiyaları zamanıdır. Onun yaydığı saxta məlumatların dəqiqliyini yoxlamaq elə də çətin deyil. Odur ki, Sepahın dezinformasiya siyasəti Tehran hakimiyyətində və bel sütununda ciddi problemlərin olduğunu ehtimal etməyə əsas verir. Belə bir vəziyyət isə İrandakı rejimə perspektivdə yaxşı heç nə vəd eləmir.(Report)
Tarix: 8-04-2024, 16:32
Bölməyə aid digər xəbərlər
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2021, 19:16
Cənubi Qafqazın taleyi bu gün İlham Əliyevin Putinə deyəcəyi son sözdən asılıdır: - Tahir Kərimli niyə "Daşnaklar"la eyni cərgədə dayanır?
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
2-04-2024, 14:58
ABŞ-Ermənistan hərbi əməkdaşlığı və susqun Tehran - ŞƏRH
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
7-09-2020, 10:06
Kataraktadan əməliyyat olmaq artıq çox asandır
18-01-2024, 10:55
MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
4-03-2024, 09:22
Ramazana qədər atəşkəs? - Qəzzada ölənlərin sayı 30 mini keçir...
5-07-2021, 18:10
Çoban Razaddin oğlu Nurmətov