“Başqa bir sahədən təklif var...” - General-leytenant

“Başqa bir sahədən təklif var...” - General-leytenant
Xəbər verdiyimiz kimi, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Prezidentin Sərəncamı ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

“Qafqazinfo”nun məlumatına görə, general Tahirov “Manset.az”a açıqlamasında Prezident İlham Əliyevə təşəkkür edib:

“Mənim xidmətlərim yüksək qiymətləndirilib. Hazırda bir sıra təkliflər var, qərar verməmişəm. Yəqin ki, bundan sonra hərbi sistemdə olmayacağam. Başqa bir sahədən təklif var. Sahənin konkret hara olması ilə bağlı bir söz deməyəcəm. Öz yerimə kimin təyin olunacağı məsələsinə gəlincə, bu mənim səlahiyyətimdə deyil. Kifayət qədər potensiallı insanlar var. Kiminsə adını çəkən deyiləm”.

Vətən Müharibəsi Qəhrəmanı Namiq İslamzadə və Hərbi Hava Qüvvələrinin Hava Təlim komandiri general Namiq Bayramovun onun yerinə əsas namizəd olması ilə bağlı sualı isə R.Tahirov belə cavablandırıb: “Hər ikisini tanıyıram. Namiq Bayramovla Naxçıvanda bir yerdə çalışmışıq. Bilavasitə bu sahədə çox təcrübəli və biliklidir”.



Tarix: 16-05-2024, 12:36


Bölməyə aid digər xəbərlər