Neftimizin qiyməti 85 dollara çatır

Neftimizin qiyməti 85 dollara çatır
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti  cüzi artıb.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,13 ABŞ dolları, yaxud 0,15 % artaraq 84,95 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 



Tarix: 21-05-2024, 09:40


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:31 Azərbaycan nefti ucuzlaşdı