16:18 / 24-05-2025
Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
15:53 / 24-05-2025
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir
15:32 / 24-05-2025
Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb
14:45 / 24-05-2025
Azərbaycanın müdafiə xərcləri - Ötən il bu qədər olub
13:52 / 24-05-2025
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:11 / 24-05-2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:37 / 24-05-2025
Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:40 / 24-05-2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
11:09 / 24-05-2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
10:32 / 24-05-2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib - VİDEO
10:08 / 24-05-2025
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:36 / 24-05-2025
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
09:04 / 24-05-2025
BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr
19:18 / 23-05-2025
Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
18:55 / 23-05-2025
Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
18:20 / 23-05-2025
Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib
17:36 / 23-05-2025
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
17:09 / 23-05-2025
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:47 / 23-05-2025
Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar
15:51 / 23-05-2025
May ayının pensiyaları ödənilib
14:51 / 23-05-2025
Hökməlinin bir hissəsində qaz kəsilib
14:38 / 23-05-2025
Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq
13:19 / 23-05-2025
Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır
12:56 / 23-05-2025
MM müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblərin qoyulmasını ilk oxunuşda qəbul edib
12:03 / 23-05-2025
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib
11:37 / 23-05-2025
Qarabağ Universitetinə daha çox yer AYRILDI
Terrorçuların himayədarı - Lemkin institutunun “siyasi məhbus” oyunu - ŞƏRH




Bölməyə aid digər xəbərlər

Erməni lobbisindən yemlənənlərin siyahısında liderlik edən bədnam Lemkin İnstitutu növbəti dəfə Azərbaycanı hədəfə alıb. Ölkəmizə qarşı qarayaxma kampaniyasında liderlik edənlərlə bir sırada olan bu təşkilat Qarabağdakı keçmiş separatçı rejimin rəhbərlərinin “himayədarı” qismində çıxış edib, onları hətta “siyasi məhbus” adlandırıb. Həmin şəxslərin dərhal azad olunması tələbi ilə çıxış edən bu təşkilat eyni zamanda məhkəmə qərarlarını gözləyən şəxslərlə bağlı imzatoplama kampaniyasına başlayıb.
Xüsusilə də diqqəti biznesmen Ruben Vardanyana yönəldiblər. İddia olunub ki, bu şəxslərin həbsxanada saxlanılması beynəlxalq hüququn "kobud şəkildə pozulmasıdır". Bununla bağlı petisiyaya ad da qoyulub - “erməni məhbusları azad etmək”.
Əvvəla ondan başlayaq ki, bu təşkilat özünü institutdan çox muzdlu mirzələrin yığıntısından ibarət qondarma qurum kimi tanıtmağa müvəffəq olub. Terroçuluğun maliyyələşdirilməsi ittihamı ilə Azərbaycanda istintaq altında olan fırıldaqçı Ruben Vardanyan və digər dələduz Nubar Afyan tərəfindən maliyyələşdirilən bu “institut”un heyətində E.Poqosyan, L.Mirzoyan kimi erməni diasporunun radikal ünsürləri geniş təmsil olunur.
Sözügedən təşkilatın fəaliyyəti barədə açıq mənbələrdən də məlumat almaq olur ki, onun məqsədinin forması məzmununa uyğun gəlmir. Bir az araşdırma aparanda da əmin olursan ki, Lemkin İnstitutu erməni lobbisinin okeanın o tayındakı filialı kimi fəaliyyət göstərir və erməni soyqırımı xəstəliyinin yayıcısı qismində çıxış edir.
Ermənistan isə Lemkin İnstitutunun qərəzli təşəbbüsünə növbəti dəfə səssiz qalıb. Bu da onu deməyə əsas verir ki, rəsmi İrəvan bədnam institutun hazırladığı təşəbbüslərə biganədir, onlara qoşulmur. Ümumiyyətlə, baş nazir Nikol Paşinyan və komandası indiyə qədər bir dəfə də olsun Qarabağın keçmiş separatçıları ilə bağlı məsələni gündəmə gətirməyib. Bu da onu deməyə əsas verir ki, İrəvan üçün separatçı rejim aktual deyil, yəni, əslində, ondan yaxa qurtardığına sevinir. Paşinyan hökuməti bunu konkret addımlarla sübut edib. Separatçıların Ermənistanda kök salmağa çalışan nümayəndələrinin həbsi, onlara qarşı atılan addımlar da buna nümunədir.

Bu səbəbdən qondarma rejimin tör-töküntüləri çıxış yolunu Parisdə tapıblar. Fransa onlara nəinki sığınacaq verib, hətta nümayəndəlik də açmalarına şərait yaradıb. Görünür, elə “lemkinçilərə” dəstəyi də Yelisey sarayı göstərib.
Ümumiyyətlə isə adıçəkilən qurumun Azərbaycana münasibəti qərəzli olmaqla yanaşı, ikili standartları birbaşa özündə ehtiva edir. Bu təşkilatın Azərbaycanla bağlı bir dəfə də olsun obyektiv, ədalətli bəyanatı, açıqlanması eşidilməyib. Ermənistanda bir azərbaycanlının qalmadığına bir dəfə də olsun toxunmayıb. Nə Azərbaycanda həyata keçirilən soyqırımılara, nə də Ermənistandan soydaşlarımızın deportasiyasına diqqət çəkilib.
İkincisi, onun əməkdaşlarının həm Ermənistandakı qurumlarla, həm də xaricdəki erməni diasporu ilə əlaqələri olduqca genişdir və onların hər hansı bəyanatı ciddi qəbul edilə bilməz

Üçüncüsü, Azərbaycanda cəzalarını çəkən separatçılarla bağlı iddialar tamamilə əsassızdır. Həmin şəxslərin günahlarını sübut edən çoxsaylı faktlar mövcuddur. Məhkəmə zamanı da onlar təqdim ediləcək. Ona görə də başladılan kampaniya Azərbaycana qarşı təzyiq vasitəsindən başqa bir şey deyil.
Onu da qeyd edək ki, “institut” 2022-ci ildə Qarabağın erməni əhalisinin Azərbaycan tərəfindən məhv olması təhlükəsi ilə bağlı bədnam hesabat dərc edib, 2023-cü ildə isə iki dəfə Qarabağla bağlı “SOS xəbərdarlığı” yayıb. Elə həmin il dörd dəfə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və ABŞ dövlət katibi Antoni Blinkenə məktub ünvanlayıb. Bu məktublarda da Azərbaycana qarşı tədbirlər görülməsi tələb olunub.
Qeyd edək ki, “Lemkin Soyqırımların Qarşısının Alınması İnstitutu” son illər bütün fəaliyyətini ancaq və ancaq Azərbaycan və Türkiyəyə qarşı fəaliyyət üzərində qurub. Dəfələrlə digər dövlətləri bu iki ölkəyə təzyiq göstərməyə çağırıb. 2021-ci ildə təsis olunan institut, yəhudiəsilli polşalı hüquqşünas, soyqırımı haqqında hüquqi doktrina və bu cinayətə görə cəzanın hüquqi əsaslarını hazırlayan Rafael Lemkinin (1900-1959) adını daşıyır. İnstitutun həmtəsisçiləri Kin Kolleci və Stokton Universitetinin professoru Eliza fon Coden-Forgey və beynəlxalq hüquq professoru, İndiana Universitetinin məzunu İrene Viktoriya Massiminodur.

Coden-Forgeyin erməni sevgisi də məlumdur. O, tez-tez Ermənistana səfər edir, erməni alimlər və diaspor nümayəndələri ilə görüşür.
ABŞ-də təsis olunan bu qeyri-hökumət təşkilatı rəsmi saytında qeyd edib ki, onun missiyası soyqırımının qarşısının alınması vasitələri ilə bütün dünyada əhalinin geniş təbəqələrini birləşdirməkdir. İnstitutun digər təsisçi həmsədri İrene Viktoriya Massimino argentinalıdır və insan hüquqları üzrə hüquqşünasdır. İ.Massimino Ermənistan və ölkəsindəki erməni diasporu ilə də isti münasibətlərə malikdir. Məsələn, 2021-ci ilin iyununda Ermənistan milli şurası və Argentinanın erməni vəkillər kollegiyası 2020-ci il müharibəsi zamanı “Azərbaycan Ordusunun erməni xalqına qarşı törətdiyi iddia edilən hərbi cinayətləri və insanlığa qarşı cinayətləri” araşdırmaq üçün Argentina Federal Məhkəməsinə şikayət təqdim etmişdi. Həmin şikayəti dəstəkləyən və hazırlayanlar arasında Lemkin İnstitutunun təsisçisi İ.Massimino da vardı.
Beləliklə, erməni lobbisi hər fürsətdə yemlədiyi təşkilatlar vasitəsilə Azərbaycana qarşı hücumara start verir. Lobbinin hədəfinə gəldikdə, sözsüz ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına qarşı çıxmaqdır. Nikol Paşinyana qarşı xaricdən edilən çirkin təbliğat kampaniyası da məhz bundan qaynaqlanır.(Report)
Tarix: 29-05-2024, 18:33
Bölməyə aid digər xəbərlər
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
2-05-2024, 18:22
Erməni lobbisinin oyuncağı - Fransa Milli Assambleyası Azərbaycan və Türkiyəni hədəfə alıb - ŞƏRH
8-05-2024, 20:23
Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
21-11-2023, 21:45
Samanta Pauer buna cəsarət etməyib - Hacıyev
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
20-07-2021, 19:16
Cənubi Qafqazın taleyi bu gün İlham Əliyevin Putinə deyəcəyi son sözdən asılıdır: - Tahir Kərimli niyə "Daşnaklar"la eyni cərgədə dayanır?
25-05-2024, 19:06
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
17-11-2023, 14:32
Yeni Dövlət Xidməti yaradıldı - Fərman
15-05-2024, 18:55
Araikgil barədə növbəti qərar verildi
25-01-2024, 18:19
Arutyunyan, Qukasyan və Saakyanın da həbsi uzaldıldı
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
18-01-2024, 10:55
MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO