16:26 / 13-11-2024
Tələbə dəm qazından öldü
Dövrümüzün BƏLASI – Yaddaş dərmanları yaddaşsızlıq problemini ARADAN QALDIRIR?

Dövrümüzün BƏLASI – Yaddaş dərmanları yaddaşsızlıq problemini ARADAN QALDIRIR?
Müasir dövrdə yaddaşının zəifliyindən şikayət edənlərin sayı çoxalıb. Unutqanlıq gənc, orta və ahıl yaşlı insanların hərəsində bir cür özünü göstərir. Bəzisi yaxın keçmişi, adları, qoyduğu əşyanın yerini, bəzisi uzaq keçmişi, tarixi hadisələri unutduğundan şikayətlənir. Oxuduğu kitabı, izlədiyi filmi unudanlar da az deyil. 

Unutqanlığın səbəbləri müəyyən olunduqdan sonra onunla mübarizə aparmaq üçün müxtəlif dərman preparatlarından istifadə olunur. Lakin bəzən insanlar yaddaşı bərpa etmək üçün internetdən adlarını oxuduqları dərmanlardan istifadə edirlər.

Bəs yaddaşı dərmanlarla bərpa etmək, geri qaytarmaq mümkündürmü?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov deyib ki, yaddaşsızlıq fərqli yaş dövründə yaranır və müxtəlif səbəbləri mövcuddur:

“Bu gün yaddaş pozulmasına görə müraciət edən xəstələrin sayı həddən artıq çoxdur. Yaddaşın pozğunluğunun bir neçə səbəbi var, birinci, yaddaş pozuqluğu olan adamlarda səbəbi axtarmaq lazımdır. Adam var ki, insult keçirir, beyindəki yaddaş mərkəzləri müəyyən qədər zədələnir, nəticədə yaddaş itir. Bu, orqanik səbəbdir, zədələnmə nəitcəsində baş verən haldır. 

Bəzi adamda yaşla bağlı yaddaş pozuqluğu meydana çıxır. Yaşla bağlı yaranan xəstəlik alzaymerdir və çox ağır xəstəlikdir. Burada tamamilə yaddaşın itməsi və ailə üzvlərinin belə tanınmaması meydana çıxır. Beyində bəzi proseslərin getməsi də yaddaş mərkəzlərinin qan təchizatı ilə zəif fəaliyyət göstərməsi və yaddaşın pozulması baş verir”.

O, gənclərdə yaddaşla bağlı yaranan narahatlığın əsəb sistemindən qaynaqlandığını bildirib:

“Gənc yaşlarda isə yaddaşsızlıq əsəb sistemindəki pozğunluq və depressiyaya meyilli insanlarda olur. Əsəb sistemində pozğunluq olan və depressiyaya meyilli insanların əsəb sistemi bərpa olunmayana qədər nə qədər yaddaş dərmanı versən, yaddaşı öz yerinə gəlməyəcək. 

Birinci növbədə insan depresiyyadan qurtulmalıdr. Sonradan yaddaş avtomatik də, yüngül dərmanlar içməklə də öz yerinə gələ bilər.

Bəzən də insanda bu xəstəliklərin heç biri olmur. Sadəcə, orta yaşlarda yaddaşla bağlı müəyyən problemlər yaranır. Belə olduqda beyin hüceyrələrinin, neyronların, metabolizmanın fəaliyyətini yaxşılaşdıran dərmanlar verəndə xəstələrdə yaddaşın bir az güclənməsi özünü göstərir. Əsas şərt yaddaşı pozan faktorun aradan götürülməsidir”.

Bizim.Media



Tarix: 4-06-2024, 15:21


Bölməyə aid digər xəbərlər