19:36 / 03-12-2024
Cənubi Koreya paytaxtına hərbi texnika yeridilib, polislə müxalifət arasında toqquşma olub
19:05 / 03-12-2024
“Gürcü Arzusu”: Qaribaşvilinin istefası ilə bağlı xəbərlər dezinformasiyadır
18:40 / 03-12-2024
Ərdoğan: Türkiyənin prioriteti öz sərhədləri xaricində sabitliyi qorumaqdır
16:18 / 03-12-2024
Bu dəfə Livanın daha içərilərinə girəcəyik - İsrail
15:44 / 03-12-2024
Bakıda yağış: bu yollarda sıxlıq yarandı
15:14 / 03-12-2024
Xəyyam Əhmədli dəfn olundu
14:43 / 03-12-2024
Prezident onu yenidən rektor təyin etdi
13:47 / 03-12-2024
Zakir Fərəcov partlayış baş verən ərazidə olub – FOTO
13:17 / 03-12-2024
Bakının bu rayonunda su OLMAYACAQ
12:25 / 03-12-2024
ABŞ-nin Azərbaycandakı səfiri istefa verdi
11:27 / 03-12-2024
"Bütün gözləntilərin büdcə layihəsi ilə qarşılanması qeyri-mümkündür"
10:57 / 03-12-2024
Türkiyə Azərbaycana yeni səfir təyin etdi
10:16 / 03-12-2024
Neftimiz ucuzlaşdı
09:40 / 03-12-2024
Avropaya tranzit terror miqrasiyası?! – Azərbaycanda məhkəmə işində şok yeniliklər
09:02 / 03-12-2024
Sumqayıtda yaşayış binasında güclü partlayış -YENİLƏNİB/FOTOLAR
08:19 / 03-12-2024
Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb
18:26 / 02-12-2024
Bu ərazidə işıq olmayacaq
17:14 / 02-12-2024
MSK bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət etməyəcək
16:51 / 02-12-2024
Üç ölkə Suriya ilə bağlı görüş keçirəcək
15:46 / 02-12-2024
İmtahan nəticələri açıqlandı
15:14 / 02-12-2024
Bəşəriyyətin üz-üzə qaldığı problem: Yeniyetmələri sosial şəbəkələrin fəsadlarından necə qoruyaq? - TƏHLİL
14:09 / 02-12-2024
Baş Prokurorluq: Ermənistandan son deportasiya zamanı 216 azərbaycanlı qətlə yetirilib, 6522 nəfər zərərçəkmiş kimi tanınıb
13:32 / 02-12-2024
Sabah leysan yağacaq
11:14 / 02-12-2024
Prezident qəbul keçirdi
10:45 / 02-12-2024
"Neftçi" - "Qarabağ" oyununda mövsümün azarkeş rekordu qeydə alınıb
09:41 / 02-12-2024
Bayden oğlunu əfv etdi
08:54 / 02-12-2024
Hava Limanı yolunda sürət həddi endirildi
ABŞ-də siyasi səhnə marafonunda "qocalmış atları güllələyirlər" - Seçki amansızlığı – TƏHLİL
Bölməyə aid digər xəbərlər
ABŞ Böyük Britaniyanın ən uğurlu layihəsidir. Ştatların bir çox özəlliyi var. Bir çox ölkələr də ona bənzəməyə çalışır. ABŞ-nin xeyir-duası olmadan beynəlxalq əhəmiyyətli layihələr ya reallaşmır, ya da çox çətinliklə həyata keçir. Beynəlxalq münasibətlərə və siyasətə təsir etdiyindən orada keçirilən prezident seçkisi də dünya ictimaiyyəti tərəfindən maraqla izlənilir.
Bəlkə bu siyasi kampaniya ABŞ-də daha çox önəm daşıyırdı. Ancaq 2020-ci ildə prezident vəzifəyə seçiləndən sonra Cozef Bayden qeyri-dəqiq siyasi çıxışları, yanlış ifadələri, əzilməsi, büdrəməsi, dövlət başçılarının, dövlətlərin adlarını qarışıq salması kimi hallarla yadda qalıb. Odur ki, insanlar ABŞ prezidentinin çıxışlarındakı siyasi hədəflərdən daha çox yanlışlıqları barədə fikir söyləyirlər.
Başqa sözlə, Ağ evin indiki yiyəsi bir növ kuluarların lağlağısı, məzəli hadisəsi olub. Elə dövlət başçılarının zirvə toplantısında da Cozef Bayden səhvlər edir. İnsanın qocalması və ölməsi ən təbii hadisədir. Yaşlaşanda, qocalanda ABŞ dövlət başçısının başına gələn hadisə o yaşda hər kəsi gözləyir. Axı belə yaşda, belə keyfiyyətlə hər adam ABŞ kimi qüdrətli dövlətin başçısı da olmur. Ona görə də Cozef Bayden barəsində müxtəlif lətifələrin də yaranması mümkündür. Bir zamanlar ABŞ institutları keçmiş sovet rəhbərlərinə belə lətifələr qoşardı.
Azərbaycan ictimaiyyəti Cozef Baydeni prezident olmazdan əvvəl 1992-ci ildən “907 saylı düzəliş”lə bağlı sənədin qəbulundan tanışdır. O, bu sənədin hazırlanmasında xüsusi fəallıq göstərib. Prezident kimi isə Cozef Bayden “erməni soyqırımı” deməklə bu etnosun saxtakarlığına şərik olmaqla da yadda qalıb.
Bəlkə də Baydenə bu qədər çox diqqət ayrılmazdı. Onun prezident olması ilə bağlı məsələ iyunun 27-də keçmiş prezident və yenidən bu posta iddiaçı Donald Trampla teledebatdan başladı. Əvvəllər ABŞ və dünya ictimaiyyəti onun dövlət başçısı vəzifəsinə namizəd olmayacağını düşünürdü.
Həmin debatda 81 yaşında olan Baydenin 78 yaşlı rəqibinə məğlub olduğu deyilirdi. Teledebatda C.Bayden bildirib: “Siyasətdə ən gənc olduğum üçün karyeramın yarısını tənqid olunmuşam. Senata seçilən ikinci ən gənc siyasətçi idim. İndi isə ABŞ-nin ən yaşlı Prezidentiyəm. Bu cavan oğlan (Donald Trampı nəzərdə tutur-red.) məndən üç yaş kiçik və daha az səlahiyyətə malikdir”.
Donald Tramp isə sağlamlığı ilə qürurlanaraq özünü 25-30 yaşında gənc kimi hiss etdiyini bildirmişdi.
Həmin debatda ştatların Ukraynaya yardımından HƏMAS-İsrail məsələsinə, miqrasiyaya, inflyasiyanın artmasına və ölkədaxili başqa məsələlərdən də danışılıb, mövqe sərgilənib.
Ekspertlərə görə, Bayden debatlarda elə güclü olmayıb. 2020-ci il seçkilərində onu bəzən keçmiş prezident, Demokratlar Partiyasından olan Barak Obama da əvəz edib. Ona görə həmin seçkiləri belə qiymətləndirirdilər: ya “Trampla superbərpa”, ya da “Baydenlə dərin depressiya”.
ABŞ cəmiyyətinin “dərin depressiyaya” düşməsi ehtimalı Baydenin hələ onda cavan oğlunu itirdiyi üçün güclü sarsıntı keçirməsi ilə əlaqələndirilir. Ona görə də onun davranışında bir anormal hərəkətlər müşahidə edilir. Ötən ilin yayında o, Helsinkidə hava limanında qız uşağını dişləməyə səy göstərmişdi. Bu hadisədən sonra Donald Tramp bildirmişidi ki, Bayden azad dünyanın (ABŞ-ni nəzərdə tutur-red.) idarə etməməli, qocalar evinə yerləşdirilməlidir.
Bu ilin aprelində isə o bildirib ki, ikinci dünya müharibəsi zamanı dayısının göyərtəsində olduğu təyyarə Yeni Qvineyada qəzaya uğramışdı: “Orada kaniballar olduğu üçün dayımın meyitini tapa bilmədik”.
Ancaq hərbi mənbələrin informasiyası Baydenin iddiasından çox fərqlənir. Bildirilib ki, 1944-cü il mayın 14-də Yeni Qvineyaya təyyarə uçub, bu kuryer reysi imiş. Təyyarənin göyərtəsində üç ekipaj üzvü və bir sərnişin, Baydenin dayısı olub.
Bu il iyulun 11-də NATO-nun zirvə toplantısının bağlanış mərasimində Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə dəyişik salıb: “Xanımlar və cənablar, Prezident Putin!”. Bir neçə saniyə sonra yanlışlıq etdiyini bilib, səhvini düzəltməyə çalışıb: “Biz Prezident Putinə qalib gəlmək üçün toplaşmışıq. Prezident Zelenski!”.
Bu hadisədən əvvəl isə o, Donald Trampla vitse-prezident Kamala Harrisi dəyişik salıb.
Bayden Ukrayna ilə Uran planetini dəyişik salaraq deyib: “Putin Uranın mədəniyyətini məhv edir”. Sonra səhvini düzəldib.
Bu kimi faktlar Prezident Cozef Baydenin ABŞ kimi dövləti daha 4 il idarə etməyə gücünün çatmayacağını təsdiqləyir. Ona görə də iyulun 21-də o, ikinci müddətə namizədlikdən geri çəkilib. Bunu ştatların siyasəti üçün gözlənilməz sayırlar. Ancaq Demokratlar Partiyası daxilində onun namizəd olmasına qarşı çıxanların olduğunu nəzərə alsaq, bu, o qədər də gözlənilməz sayılmır. Partiya Baydenlə mübarizəni davam etdirməyi şəninə sıxışdırmayıb. Çünki Donald Trampa sui-qəsd cəhdi Respublikaçı namizədin prezident olma şansını artırıb. Bu baxımdan, onlar Baydenin Kamala Harrislə əvəzlənməsinə üstünlük verib. Oxşar addımı 1952-ci ildə Harri Trumen, 1968-ci ildə Lindon Conson atıb. Onlar seçkidə iştirak edəcəklərini elan etsələr də, sonradan namizədlikləri geri götürüblər.
Onu keçmiş Prezident Bill Klinton və həyat yoldaşı, Donald Trampın 2016-cı ildə prezidentlik uğrunda mübarizədə rəqibi, keçmiş dövlət katibi Hillari Klinton, keçmiş Prezident Barak Obama onun namizədliyini dəstəklədiklərini bildiriblər. Cozef Bayden də vitse-prezident Kamala Harrisi dəstəkləməyə çağırıb.
Corc Vaşinqton Universitetinin professoru Piter Loq ABŞ prezidentliyinə heç bir namizədin yarışdan bu qədər gec çəkilmədiyini deyərək, Baydenin qərarını "tamamilə tarixi" adlandırıb: “ABŞ-nin siyasi sistemi dünyanın bir çox yerində olduğu kimi deyil. Seçkilərimiz sonsuzdur və sonsuz dərəcədə bahadır”.
Demokratlar hələ Kamala Harrisi vahid namizədi saymır. Onun namizədliyinin seçki “ssenarisində” olmadığı bildirilib. Politoloq və ABŞ Biznes İnstitutunun baş elmi işçisi Hari Şmit isə hadisəni belə dəyərləndirib: “Bəlkə də siz tamamilə açıq bir qurultay istəmirsiniz. Bu, partiyanı müəyyən bir namizəd ətrafında birləşdirmir, əksinə, parçalayır”.
Bu baxımdan, qarşıdan gələn günlərdə onun namizədliyi məsələsi qətiləşəcək. Kamala Harris partiyadaşlarının çoxunun dəstəyini qazanıb. Ancaq Demokratlar partiyasının qurultayı avqustun 19-da keçiriləcək. Həmin tədbirdə partiyanın prezidentliyə, vitse-prezidentliyə namizədi müəyyənləşəcək.
Kamala Harris isə bildirib: “Namizədliyimin rəsmi olaraq qəbul edilməsini səbirsizliklə gözləyirəm”. O, noyabrda keçiriləcək prezident seçkisində Donald Trampı məğlub etməyə sadiq olduğunu da vurğulayıb.
K.Harris demokratların ikinci qadın namizədi olacaq. Onun qarşısında özündən 18 yaş böyük olan, milyarder, keçmiş prezident Donald Trampı məğlub etmək kimi vəzifə durur. 2016-cı ilin prezident seçkisində rəqibi Hillari Klinton Donald Trampdan 3 milyondan çox səs toplasa da, Seçilmişlər Kollegiyası Respublikaçı namizədi qalib saymışdı. Bu dəfə əksinə olacaq, yoxsa Tramp yenə də Demokrat qadın namizədə qalib gələrək prezident olacaq? Bütün hallarda Kamala Harris ştatların ilk “dəmir ledisi” də ola bilər. Çünki Seçilmişlər Kollegiyası var. Bu, ölkədə kiçik Corc Buş Albert Qoru bir səslə udmuşdu...
Bütün hallarda bura ABŞ-dir. Oranın seçki qaydaları tamam fərqlidir. Bu, həm də böyük siyasi şoudur. Çünki prezidentliyə namizədlər də bu "musiqili şou"nun baş rol ifaçılarıdır. Bayden isə bu yarışı tez tərk edib. Deyəsən, "Prezident şousu"nda “qocalmış atları” doğrudan da “güllələyirlər”.(Report)
Tarix: 23-07-2024, 14:20
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
13-02-2024, 16:47
Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı yekun qərarı - TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
25-05-2024, 19:06
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
19-07-2024, 16:54
Çətin geosiyasi şəraitdə uğurlu xarici siyasət - Prezidentin dinamik qlobal səfər proqramı - ŞƏRH
14-05-2021, 17:23
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
27-05-2024, 16:43
ABŞ Zelenskini yarı yolda qoydu, Çin isə məqsədini bəlli etdi... – Ukraynanı NƏ GÖZLƏYİR?
20-07-2021, 19:16
Cənubi Qafqazın taleyi bu gün İlham Əliyevin Putinə deyəcəyi son sözdən asılıdır: - Tahir Kərimli niyə "Daşnaklar"la eyni cərgədə dayanır?
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
27-03-2024, 13:27
Türkiyə şəhərləri merlərini seçir: A-dan Z-yə SEÇKİ PROSESİ
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
16-12-2023, 21:21
MSK-nın iclasında nələr müzakirə edildi...
25-04-2024, 15:34
Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA