Növbəti 4 gündə bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Növbəti 4 gündə bəzi rayonlarda hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Sentyabrın 24-ü gündüzdən 27-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə ( Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.



Tarix: 23-09-2024, 16:13


Bölməyə aid digər xəbərlər
12-09-2024, 12:57 Sabah yağış yağacaq