16:18 / 24-05-2025
Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
15:53 / 24-05-2025
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir
15:32 / 24-05-2025
Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb
14:45 / 24-05-2025
Azərbaycanın müdafiə xərcləri - Ötən il bu qədər olub
13:52 / 24-05-2025
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:11 / 24-05-2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:37 / 24-05-2025
Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:40 / 24-05-2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
11:09 / 24-05-2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
10:32 / 24-05-2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib - VİDEO
10:08 / 24-05-2025
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:36 / 24-05-2025
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
09:04 / 24-05-2025
BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr
19:18 / 23-05-2025
Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
18:55 / 23-05-2025
Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
18:20 / 23-05-2025
Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib
17:36 / 23-05-2025
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
17:09 / 23-05-2025
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:47 / 23-05-2025
Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar
15:51 / 23-05-2025
May ayının pensiyaları ödənilib
14:51 / 23-05-2025
Hökməlinin bir hissəsində qaz kəsilib
14:38 / 23-05-2025
Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq
13:19 / 23-05-2025
Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır
12:56 / 23-05-2025
MM müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblərin qoyulmasını ilk oxunuşda qəbul edib
12:03 / 23-05-2025
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib
11:37 / 23-05-2025
Qarabağ Universitetinə daha çox yer AYRILDI
“Başları əlhəd daşına dəyən” ermənilər – böyüklərinin səhvlərinin qurbanları - TƏHLİL




Bölməyə aid digər xəbərlər

Erməni etnik qrupunun azərbaycanlılar, türklərlə dinc-yanaşı yaşamaqdan başqa yolu yoxdur. Bu, son bir əsrdə dəfələrlə təsdiqlənib. Bir etnosun ayrıca, təcrid olunmuş şəkildə yaşamasının mümkünsüzlüyü də isbatlanıb.
Ermənilərə böyükləri azı iki yüz ildir türk düşmənliyini təbliğ edir, bu ruhda yeni nəsil yetişdirirlər. Qonşuluğundakı imperiyalar qurmuş, elm, böyük mədəniyyət, ədəbiyyat və incəsənət sahibi olan qos-qocaman bir millətə qarşı düşmən kəsilib, onun ərazilərini işğal etmək ruhunda təbliğat aparmaq qayanı başla vurub yarmağa oxşayır. Təsəvvür edin ki, bu zaman neçə-neçə baş dağılar...
Ötən illər ərzində erməni etnik qrupu azərbaycanlılara, türklərə qarşı pisliklərin olan və olmayan bütün formalarını ediblər. Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakı, Şamaxı, Qarabağ və Gəncədə, habelə İrəvan başda olmaqla, indiki Ermənistan ərazisində yerləşdirildikdən sonra onlar pisliklər etməyə başlayıblar. Ermənilər azərbaycanlıları adlarını çəkdiyimiz və çəkmədiymiz Azərbaycan bölgələrindən sıxışdırıb çıxarıblar. Ziyalı, qabaqcıl azərbaycanlıları şərləyib tutduraraq, yaxud terror edərək zərərsizləşdiriblər.
Heç şübhəsiz, çar Rusiyası və SSRİ maraqları ilə onların istəkləri üst-üstə düşüb. Sovet Moskvası, Dövlət Təhlükəsizlik Komitəsi (DTK) ermənilər üçün ziyalı, rəhbər, elit yetişdirərək onlara antitürk (anti-Azərbaycan) təbliğatı aparmağa, bu istiqamətdə fəaliyyət göstərməyə şərait yaradıb.

Sovetlərin son illərində SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqambekyan, məşhur “Literaturnaya qazeta”nın xüsusi müxbiri, 1989-cu ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti dairəsindən SSRİ xalq deputatı olmuş, Xocalı faciəsinin ssenaristlərindən olan erməni faşisti Zori Balayan, Ermənistan və Gürcüstanın əməkdar mədəniyyət işçisi, ikinci dərəcəli Stalin mükafatı laureatı, Qarabağın Azərbaycandan qoparılması hərəkatının liderlərindən biri Z.Balayanla birlikdə 1988-ci il fevralın 26-da Qorbaçovla görüşərək Qarabağ məsələsini Ermənistanın xeyrinə həll etməsini istəyən, Ermənistan Elmlər Akademiyasının akademiki Silva Kaputikyan və daha neçə-neçə Moskvanın yetişdirdiyi erməni sovet, kommunist aristokratı Azərbaycana qarşı fəaliyyət göstərib. Onlar minlərlə azərbaycanlının haqsız tökülən qanına bais olublar.
Bu erməni ideoloqlar “türklərsiz Ermənistan” şüarı altında Moskvanın yaratdığı hərtərəfli şəraitdə fəaliyyət göstəriblər. Onların apardığı təbliğat nəticəsində 1988-91-ci illərdə onminlərlə Qərbi azərbaycanlı yurd-yuvalarını tərk etməyə məcbur olub. Bununla da Ermənistan vətəndaşlığı onların əllərindən güc yolu ilə alınıb. Yüz ildə üç dəfə deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların mal-mülkləri də əllərindən alınıb.
Şimali Azərbaycan torpaqlarında yerləşdirilmələrinin birinci yüz ilində çar Rusiyasının yardımı və dəstəyi ilə təşkilatlanan erməni cəmiyyəti ikinci yüzillikdə anti-Azərbaycan, anti-Osmanlı, anti-Türkiyə fəaliyyətini gücləndirib.

Azərbaycan sovetlərin daxilində olduğundan ermənilərin antiazərbaycanlı fəaliyyəti “uğurla” həyata keçirdi. Ancaq bunu Türkiyəyə qarşı edə bilmirdilər. Ona görə də Fransa, SSRİ, sonradan Rusiya ona qarşı əsassız “erməni soyqırımı” iddiası ilə təzyiqlər etməyə başladı...
Hər pisliyin bir sonu olur. İkiəsrlik anti-Azərbaycan fəaliyyətin nəticəsi 44 gündə dağıldı. Bu torpaqların ermənilərə aid olmadığı bir daha təsdiqləndi. Çünki heç kim öz evini xarabazara çevirməz. Ancaq onlar işğal altında saxladıqları əraziləri xarabazara çevirmişdilər. Tarixi, dini abidlər dağıdılmış, təhqir edilmişdi.
Azərbaycanda “başı əlhəd daşına dəydi” ifadəsi var. Bu, öz əməllərindən peşman olmaq mənasını verir. Başın əlhəd (ləhəd) daşına dəyməsi meyitin qəbirə qoyulması anlamına gəlir. Bildirilir ki, onda ölü qəbirlə ilk təmasda vəziyyətinin dəhşətini anlayar və o andan qəbir əzabı ilə üz-üzə qalar.
Belə qənaətə gəlmək olar ki, erməni cəmiyyəti və ziyalılarının da “başı əlhəd daşına dəyib”. Onlar çar Rusiyası və keçmiş sovet ittifaqından qalma iddiaları dəfn edib, günahları, bu etnik qrupun nümayəndələrinin törətdiyi cinayətlərlə baş-başa qalıblar. Ötən dörd il ikiəsrlik əməllərin nəticələrini araşdırmaq üçün kifayət vaxtdır.
Ötən gün “Report”da Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet yayımlanıb. “Erməni politoloq: bizə 2020-ci il müharibəsindən sonra dövlətçiliyi qoruyub saxlamaq möcüzəvi şəkildə qismət oldu” adlı süjetdə ermənilərin Qarabağda törətdikləri cinayətlərdən bəhs edilir.

Erməni ziyalılar, Ermənistanın tanınmış rejissor və bəstəkarı Ruben Haxverdiyan, erməni naşir Armen Martirosyan, politoloq Harutyun Mkrtçyan ermənilərin Qarabağda törətdikləri cinayətlərdən xəcalət hissi keçirdiklərini bildiriblər.
Onlar qeyd ediblər ki, ermənilər başqa dövlətin ərazisinə girərərk 26 il ərzində işğalçılıqla məşğul olublar: “Bütün dərdlərimizdə həmişə romalıları, bizanslıları, farsları, ərəbləri, türkləri, rusları günahlandırırıq. Ermənilər köçmədirlər deyə, dövlətlərini sevmirlər. Müharibə tərəfdarları heç vaxt müharibəyə getməyən insanlardır. Ağdamın hansı vəziyyətdə olduğunu öz gözlərimlə gördüm, biz orada hər şey məhv etmişik. Biz özümüz Azərbaycan evlərini, məscidlərini hər zaman dağıtmışıq. Çobanlarımız Ağdamda, Şuşada məscidlərdə inək saxlayırdılar”.
R.Haxverdiyan deyib ki, Rusiyaya Ermənistanda hakimiyyətə gətirmək üçün erməni və rus dilində fikrini normal ifadə edə biləcək adam lazım deyil: “Zori Balayan KQB casusu kimi erməni millətçiləri satıb. Balayan yazıçı deyil, Moskvadan göndərilmiş araqarışdıran adam idi. Bu gün Ermənistanı türksüz, azərbaycanlısız təsəvvür etmək olmaz...”.
H.Mkrtçyan isə Qarabağ klanı və erməni kilsəsi, keşiş Baqratın iç üzünü ifşa edib: “Mənə izah edin ki, biz Ermənistan konstitusiyasında Qarabağın ilhaqı ilə bağlı bəndi niyə hələ də saxlayırıq? Mənim üçün Ermənistanın ərazisi 29 743 kvadrat kilometrdir. Çiçəklənən Ağdamı xarabalığa çevirib “Akna” adlandırdıq. Qarabağ fikrinə yenidən düşmək Ermənistanın ölümünə səbəb olacaq. Bizə 2020-ci il müharibəsindən sonra dövlətçiliyi qoruyub saxlamaq möcüzəvi şəkildə qismət oldu. İrəvanda Qarabağ nümayəndəliyinin olması nə deməkdir? Bu, sadəcə, həyasızılıqdır...”.
Bu, baş verənlərdən nəticə çıxarmağı bacaran, “başı əlhəd daşına dəymiş” ermənilərin etirafıdır. Onlar öz böyüklərinin etdiyi böyük səhvi “Türklərsiz Ermənistan” ideyasının gülünc olduğunu deməklə bunu təsdiqləyiblər.

Bəzən azərbaycanlılara “siz niyə sülhdən, ermənilərlə dinc-yanaşı yaşamaqdan bəhs etmirsiz" kimi yersiz, əsassız iradlar tutanlar da tapılır. Axı türklər, azərbaycanlılar ermənilərə heç vaxt pislik etməyiblər. Nə onları yurdlarından qovub, nə soyqırımına məruz qoyub, nə də torpaqlarında dövlət qurublar. Odur ki, azərbaycanlıların ermənilərə mövcud münasibətini bu etnik qrupun özü, onun başbilənləri, Moskva, Paris və türk düşməni olan havadarları yaradıb.
Ermənilərin dili, mədəniyyəti, məişəti, ədəbiyyatı, tarixi, bir sözlə, milli varlığı türk, azərbaycanlı elementləri ilə doludur. Ermənistandan türkləri qovub, yerində türklərsiz dövlət qurulsa da, onun sadaladığımız elementlərindən, yəni ermənilərin varlığından bunları çıxarmaq mümkün deyil. Odur ki, türklərsiz ermənilərdən nə qalar? Bunu düşünən ermənilər türklərin, azərbaycanlıların önəmini bilənlərdir...(Report)
Tarix: 10-10-2024, 14:05
Bölməyə aid digər xəbərlər
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
14-05-2021, 17:23
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
24-07-2020, 17:57
Son hadisələrdə saxta “məzlum erməni” obrazı necə məhv oldu? - TƏHLİL
18-01-2024, 10:55
MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı
13-02-2024, 16:47
Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı yekun qərarı - TAM MƏTN
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
14-07-2021, 13:03
Gəncədə qanunsuz narkotik saxlamaqda və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
13-07-2024, 16:36
Ermənilərin bitməyən saxtakarlığı - Qəbul etmək istəmədikləri Qərbi Azərbaycan - TƏHLİL
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ