Putin Gürcüstanla vizasız rejimi yumşaltdı

Putin Gürcüstanla vizasız rejimi yumşaltdı
Rusiya Prezidenti Vladimir Putin Gürcüstanla vətəndaşları üçün vizasız rejimin imkanlarını genişləndirib.

“RBK” xəbər verir ki, Putin bu barədə Sərəncam imzalayıb.

Bildirilir ki, bundan sonra Gürcüstan vətəndaşları Rusiya ərazisində vizasız 90 gündən çox müddətdə qala bilərlər. 

Əvvəllər isə bu müddət Rusiyaya əmək fəaliyyəti və yaxud təhsil məqsədilə gələn şəxslər istisna olmaqla Gürcüstan vətəndaşlarına şamil edilirdi. İndi həmin şəxslər də Rusiyada vizasız 90 gündən artıq qala biləcəklər. 

Dəyişikliklər 2023-cü ilin yazında dərc edilən Sərəncama daxil ediləcək. Sözügedən tarixdə isə Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etmişdi.



Tarix: 10-10-2024, 16:42


Bölməyə aid digər xəbərlər
24-04-2024, 13:45 Prezident 2 fərman imzaladı