Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

Gürcüstan Prezidenti Salome Zurabişvilinin impiçment yolu ilə vəzifədən kənarlaşdırılacağı təxmini tarix açıqlanıb.

Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze danışıb.

"Salome Zurabişvilinin prezident postundan uzaqlaşdırılmasına cəmi iki cümə qalır. Noyabrın sonunda və ya dekabrın əvvəlində onun impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək. Zurabişvili prezident postunu standart qaydada deyil, konstitusiyanı pozan və xəyanətkar kimi tərk etməlidir", - Kobaxidze deyib.

Qeyd efək ki, Gürcüstanın hakim "Gürcü arzusu" partiyası prezidentin xarici ölkələrə razılaşdırılmamış səfərlərinə görə bu həftənin əvvəlində ona qarşı impiçment prosedurunu yenidən başlatmaq qərarına gəlib.




Tarix: 11-10-2024, 17:12


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı