16:18 / 24-05-2025
Ərdoğan Qarabağ atları ilə olan çıxışı ayaqüstdə alqışlayıb
15:53 / 24-05-2025
Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir
15:32 / 24-05-2025
Kann şəhəri kinofestivalın bağlanış mərasimi ərəfəsində işıqsız qalıb
14:45 / 24-05-2025
Azərbaycanın müdafiə xərcləri - Ötən il bu qədər olub
13:52 / 24-05-2025
Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
13:11 / 24-05-2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:37 / 24-05-2025
Aİ Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində 20 bankın SWIFT-dən çıxarılmasını nəzərdən keçirir
11:40 / 24-05-2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlanıb
11:09 / 24-05-2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
10:32 / 24-05-2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak edib - VİDEO
10:08 / 24-05-2025
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:36 / 24-05-2025
Rusiyada ötən gecə və səhər 94 Ukrayna PUA-sı vurulub
09:04 / 24-05-2025
BİZİM TƏQVİM: 24 mayda baş vermiş tarixi hadisələr
19:18 / 23-05-2025
Ağdamda Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
18:55 / 23-05-2025
Paşinyan: "Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını alqışlayıram
18:20 / 23-05-2025
Belçika Kralı Azərbaycan Prezidentini təbrik edib
17:36 / 23-05-2025
Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb
17:09 / 23-05-2025
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:47 / 23-05-2025
Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar
15:51 / 23-05-2025
May ayının pensiyaları ödənilib
14:51 / 23-05-2025
Hökməlinin bir hissəsində qaz kəsilib
14:38 / 23-05-2025
Rusiya XİN: Bakı və İrəvana sülh sazişinin bağlanmasında uğurlar arzulayırıq
13:19 / 23-05-2025
Qazaxıstan nəqliyyat naziri: AZAL təyyarəsinin qəzası ilə bağlı toplanmış materialların tədqiqatı aparılır
12:56 / 23-05-2025
MM müflis elan olunan fiziki və hüquqi şəxslərə yeni tələblərin qoyulmasını ilk oxunuşda qəbul edib
12:03 / 23-05-2025
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib
11:37 / 23-05-2025
Qarabağ Universitetinə daha çox yer AYRILDI
Nikol Paşinyanın seçki saxtakarlığı – ANALİZ




Bölməyə aid digər xəbərlər

2026-сı ildə Ermənistanda növbəti parlament seçkilərinin keçirilməsi planlaşdırılır. Amma hakim partiya seçkilərə iki il qalsa da, artıq indidən hərəkətə keçib. Bunun da səbəbləri var.
Son dövrlər erməni dövlətində baş verən proseslər nəticəsində hakim partiya və baş nazir Nikol Paşinyanın reytinqinin kifayət qədər aşağı düşməsindən təşvişə düşən komanda indidən nələrisə dəyişmək qərarına gəlib. Eyni zamanda iqtisadiyyatda və kənd təsərrüfatında ard-arda baş verən fiaskolar, hakimiyyətin Qərbyönümlü siyasətinə baxmayaraq, Avropa ölkələri ilə xarici ticarətin azalması, Rusiya ilə münasibətlərin getdikcə pisləşməsi, Rusiyayönümlü qanadın aktivləşməsi, kilsə ilə açıq-aşkar qarşıdurma da 2 il əvvəldən hazırlıqlara başlamaq üçün tutarlı səbəblərdir.
Nikol Paşinyanın isə ötən gün “seçkilərin nəticələrinin saxtalaşdırılması” ifadəsinin artıq tarixi janra aid edildiyini bəyan etməsi bir sıra mətləblərdən xəbər verir. Maraqlıdır ki, 2018-ci ildən əvvəlki seçkilərdə seçki rüşvəti halı qeydə alınsa da, rəsmi olaraq Paşinyan hakimiyyəti illərində guya bu cür faktlar müşahidə edilməyib. Amma maraqlıdır ki, ortaya çıxan faktlarda seçki dövründə qeyri-qanuni olaraq külli miqdarda puldan istifadə edildiyi bilinir. Bu, İrəvan meriyasına seçkilərdə də müşahidə edilib. Hakim partiyanın seçkiöncəsi fondu qanunsuz olaraq külli miqdarda vəsaitlə doldurulub və bu faktlar beynəlxalq təşkilatlar tərəfindən qeydə alınıb. Eyni zamanda qeyd etmək lazımdır ki, “Vətəndaş müqaviləsi” partiyasının dövründə seçki saxtakarlığının yeni növü, yəni seçkilərdən sonra yaranan saxtakarlıq faktları ortaya çıxıb. Yəni, seçicilərin verdiyi səslər seçkilərdən sonra redaktə edilir və nəzərdən keçirilir. Bu üsul xüsusən də yerli hakimiyyət orqanlarına seçkilərdə özünü göstərib. Xalq hakim partiyaya aid olmayan şəxsə səs verir. Amma seçkilərdən sonra həmin qüvvənin nümayəndələri ya həbs edilir, ya da rüşvət alıb gedir. Sözügedən faktlar Vanadzor, Alaverdi, Gümrü kimi regionlarda keçirilən seçkilərdə özünü büruzə verib. Hakim partiya bu ərazilərdə səs çoxluğu toplaya bilmədiyi üçün kölgə sövdələşməsinə gedir, ya da qeyri-qanuni təqib nəticəsində yerli hakimiyyəti ələ keçirib. Bunun isə məqsədi növbəti parlament seçkiləri üçün alt baza yaratmaqdır.
Sonuncu dəfə isə İrəvan meriyasına seçkilərdə “Vətəndaş müqaviləsi” az səs toplayıb. Bununla belə, partiya üzvü bələdiyyə sədri vəzifəsində qalıb. Digər koalisiyalar isə Paşinyan partiyası ilə gizli sövdələşmə həyata keçiriblər. Formal olaraq, qanun pozulmayıb, amma alver nəticəsində irəvanlıların hüquqları pozulub. Bütün bunlara baxmayaraq, İrəvan seçkilərinin əsas nəticələrindən biri o oldu ki, Nikol Paşinyanın artıq azlığın nümayəndəsi olmadığı əməli şəkildə sübuta yetirildi.

Partiyalara qarşı cəbhə
2026-cı il seçkilərinə hazırlıqla bağlı hakim partiyanın yeni taktikası ortaya çıxıb. Bəzi məlumatlara görə, hakimiyyət bütün mümkün və qeyri-mümkün vasitələrlə siyasi meydanı proqnozlaşdırıla bilən hala gətirməyə və növbəti seçkilərdə yeni oyunçuların meydana çıxmasına və hakimiyyət üçün real təhlükə yaratmasına imkan verməməyə çalışır. Eyni zamanda Dövlət Reyestrinə bütün mümkün vasitələrlə yeni partiyaların qeydə alınmasının qarşısını almaq tapşırılıb. Yeni yaranan partiyaların qeydiyyat problemi ilə üzləşməsi bəlkə də bu səbəbdəndir. Məsələn, keçmiş müdafiə naziri Arşak Karapetyanın “Milli Cəbhə”, Mihran Poqosyanın “Erməni Milli Birliyi”, Hayk Marutyanın “Yeni güc” partiyaları qeydiyyatdan keçməyib.
Eyni zamanda Nikolun qərarı ilə hakim partiyanın da deputatları sıxışdırılır. Məlum olub ki, hazırda Milli Təhlükəsizlik Xidmətinin dəstəyi ilə bütün millət vəkilləri dinlənilir. Hakim partiya və baş nazir əleyhinə çıxış edən, müxalifətlə gizli ittifaq təşkil edən şəxslər aşkarlanaraq, qısa zamanda ifşa ediləcək və əvvəlcədən onlar barəsində toplanmış kompromat ictimaiyyətə təqdim ediləcək. Bununla yanaşı, baş nazir son iclasda millət vəkillərinə göstəriş verib ki, qapı-qapı gəzmək, səs yığmaq lazımdır. Bu səbəbdən də “Vətəndaş müqaviləsi” üzvləri artıq regionlara, kəndlərə səfərlər planlaşdırırlar.

Paşinyanı kim əvəz edə bilər?
Ermənistan siyasətində anti-Rusiya çıxışlarının əsas hərəkətverici qüvvəsi Alen Simonyan, Ararat Mirzoyan, Armen Qriqoryan və təbii ki, Nikol Paşinyan sayılır. Baş nazirdən fərqli olaraq, parlamentin spikeri və Təhlükəsizlik Şurasının katibi Rusiya əleyhinə ən sərt bəyanat səsləndirən şəxslərdir. Son günlər isə sözügedən şəxslər, xüsusən də Simonyan Rusiya əleyhinə sərt fikirlər səsləndirirlər. Əslində bu anti-Rusiya paradı bir çoxları üçün anlaşılmazdır. Əslində isə sadə bir səbəbi var. Hakimiyyət daxilində onlar yaxşı başa düşürdülər ki, vəzifələrində qaldıqları üçün yalnız Qərbə minnətdar olmalıdırlar və mövqelərini saxlamaqda davam etmək istəyirlərsə, o zaman Sem dayıya tendensiyadan geri qalmadıqlarını və rusofob məşəlçiləri olduqlarını göstərməlidirlər. Anti-Rusiya, Ermənistanın təhlükəsizliyi və gələcəyi bahasına bu adamlar öz evlərini saxlayır, gələcək vəzifələrində qalması məsələsini həll edirlər. Mövqe xatirinə lazım olsa, o zaman açıq şəkildə müxalifət olduqları dövrdəki vaxtlarına qayıdıb, İrəvanda yenidən Rusiya bayraqlarını yandıra bilərlər.
İşin digər tərəfi isə onların qızğın anti-Rusiya mövqeyi Paşinyan üçün də təhlükə yaradır. Armen Qriqoryanın və ya Alen Simonyanın daha sərt anti-Rusiya mövqeyi Sem dayıya eyham kimi görünür və mesaj ötürülür ki, Nikoldan da sərt mövqedə dayananlar var. Əgər hakimiyyət dəyişikliyi ehtimalı yaransa, artıq Qərbyönümlü və Moskva ilə sərt dildə danışan kadr var.
Kilsəyə mesaj və koalisiya ideyası
Hakim partiya seçki ərəfəsində Erməni Apostol Kilsəsinə qarşı mövqeyini də unutmayıb. Kilsənin sadə erməni vətəndaşına təsirini gözəl anlayan siyasi texnoloqlar son dövrlər onu gözdən salmaq üçün bütün üsullara əl atırlar. Maraqlıdır ki, Paşinyanın siyasi tərəfdaşı və silahdaşı sayılan Arsen Torosyan bəyan edib ki, kilsə nə qədər zəif olsa, dövlət bir o qədər güclü olar. Bu isə o mənaya gəlir ki, əgər “Vətəndaş müqaviləsi” 2026-cı il seçkilərində qalib gəlsə, kilsəyə qarşı daha sərt və radikal mövqedə dayanacaq. Eyni zamanda bir sıra politoloq və siyasətçi vasitəsilə xalqa kilsənin artıq nüfuzdan düşdüyü barədə fikir aşılanır.

Parlamentin əksər deputatlarının Aİ-yə üzvlüklə bağlı referendum keçirilməsi barədə təkliflərinin əleyhinə olaraq, baş nazir bildirib ki, referendum olmayacaq və o, xalqın fikrini bilir. Bir neçə gün əvvəl isə parlamentdə dinləmələr keçirilib, Avropa İttifaqına üzvlük məsələsi müzakirə edilib. Məhz bundan sonra referendumla bağlı fikirlər bir sıra deputatlar tərəfindən səsləndirilib. Paşinyan isə dünən qərbpərəstlərin üzünə sillə vurmuş sayılır. Çünki baş verənlərin ona qarşı olduğunu gözəl başa düşür. Əslində isə referendum məsələsini gündəmə gətirməklə xal qazanmağa çalışılır, qərbpərəstləri önə çəkmək məqsədi güdülür. Bununla siyasətçi Aram Zaven Sarkisyan, “Respublika naminə” partiyasının lideri Arman Babacanyan, “Ermənistan Avropa partiyası”nın sədri Tiqran Xzmalayanın və digərlərinin reytinqini yüksəltmək planı var. Sözügedən şəxslər də parlamentdə təmsil olunurlar və qatı qərbpərəst kimi tanınırlar. Məqsəd isə 2026-cı il seçkilərində sözügedən şəxslərin çoxlu səs toplayıb Paşinyanla koalisiya yaratmaqla hakimiyyəti ələ keçirməkdir.
Eyni zamanda siyasi kulislərdə gəzən söhbətə görə, bir zamanlar dövlətin xüsusi nümayəndəsi olan Edmon Marukyan da tutduğu vəzifədən məhz Paşinyanın istəyi ilə istefa verib. Ehtimal edilir ki, növbəti seçkilərdə Marukyan da iştirak edəcək, yaradacağı partiya ilə baş naziri dəstəkləyəcək.
Göründüyü kimi, 2026-cı il “Vətəndaş müqaviləsi” və Nikol Paşinyan üçün heç də asan il olmayacaq. Əgər hakimiyyətin reytinqi getdikcə düşməyə davam etsə, iqtisadi islahatlar keçirilməsə, baş nazirə heç bir seçki saxtakarlığı da kömək etməyəcək. O, postunu təhvil verərək, siyasi karyerası ilə biabırçı formada sağollaşmalı olacaq. Yox əgər, Nikol Qərbin direktivlərini yerinə yetirməkdən vaz keçsə, sülh müqaviləsini imzalasa və regiondakı kommunikasiyaların açılmasına töhfə versə, bu zaman erməni siyasətində vəziyyət dəyişə bilər.(Report)
Tarix: 2-07-2024, 14:04
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
2-07-2024, 14:04
Nikol Paşinyanın seçki saxtakarlığı – ANALİZ
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
25-05-2024, 19:06
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
13-02-2024, 16:47
Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı yekun qərarı - TAM MƏTN
25-04-2024, 15:34
Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
27-03-2024, 13:27
Türkiyə şəhərləri merlərini seçir: A-dan Z-yə SEÇKİ PROSESİ
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
20-07-2021, 19:16
Cənubi Qafqazın taleyi bu gün İlham Əliyevin Putinə deyəcəyi son sözdən asılıdır: - Tahir Kərimli niyə "Daşnaklar"la eyni cərgədə dayanır?
13-06-2024, 16:25
Paşinyanın iki çıxışına bir baxış - ANALİZ
8-05-2024, 20:23
Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL
2-05-2024, 18:22
Erməni lobbisinin oyuncağı - Fransa Milli Assambleyası Azərbaycan və Türkiyəni hədəfə alıb - ŞƏRH
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
1-04-2024, 18:30
Nikol Paşinyanın xam xəyalı: Aİ-yə üzvlük reallaşmayacaq - ŞƏRH
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO