Hakan Fidan: Türkiyə Suriyaya mövcud vəziyyətdə də dəstək verəcək

Hakan Fidan: Türkiyə Suriyaya mövcud vəziyyətdə də dəstək verəcək
Hər kəs suriyalıları tərk etdiyi vaxt Türkiyə onların yanında oldu.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan XV Səfirlər Konfransının rəsmi açılış mərasimindəki nitqində deyib.

Hakan Fidan çətin günlərində Suriya vətəndaşlarına qucaq açan Türkiyənin mövcud durumda da onlara dəstək verəcəyini bildirib.

“Suriyada artıq yeni dönəm başlayıb, bundan sonra yalnız gələcəyə baxmalıyıq. Qonşuları ilə yaxşı münasibəti olan və sülh içində yaşayan Suriya üçün lazımi bütün dəstəyi verməyə hazırıq. Türkiyə Suriyanın ərazi bütövlüyü məsələlərində üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək”, - o əlavə edib.



Tarix: 9-12-2024, 13:37


Bölməyə aid digər xəbərlər