10:14 / 04-02-2025
Neftin bu günə olan qiyməti
Qazaxıstanlı nazir: Yaxın günlərdə Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı ilkin nəticələr açıqlanacaq

Qazaxıstanlı nazir: Yaxın günlərdə Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı ilkin nəticələr açıqlanacaq

Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı ilkin nəticələr yaxın günlərdə açıqlanacaq.

Bu barədə ölkənin nəqliyyat naziri Marat Karabayev brifinqdə bildirib.

Onun sözlərinə görə, müxtəlif ölkələrdən olan mütəxəssislərin birgə işi son mərhələyə çatıb.

"Mütəxəssislər səylə çalışırlar. Biz bundan əvvəl də danışmışdıq ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası, Braziliya və ICAO-dan beynəlxalq mütəxəssislər cəlb olunub. Gözləyirik ki, yaxın günlərdə ilkin hesabat rəsmi olaraq saytımızda dərc ediləcək.

Mütəxəssislərə işlərini tamamlamaq üçün vaxt lazımdır. Bu, zəhmət tələb edən işdir", - o qeyd edib.



Tarix: Bu gün, 11:04


Bölməyə aid digər xəbərlər
24-04-2024, 13:45 Prezident 2 fərman imzaladı
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı