İran Hörmüz boğazında region ölkələri ilə birgə hərbi təlimdə iştirak edəcək

İran Hörmüz boğazında region ölkələri ilə birgə hərbi təlimdə iştirak edəcək

İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Hərbi Dəniz Donanmasına məxsus dörd gəmi birgə təlimdə iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb.

Bunu Sepahın Hərbi Dəniz Qüvvələri komandanı admiral Əlirza Tanqsiri bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazında İraq da daxil olmaqla region ölkələrinin təlimi keçiriləcək:

“Biz Hörmz boğazının təhlükəsizliyini təmin edirik".




Tarix: Bu gün, 12:08


Bölməyə aid digər xəbərlər