Kerç boğazında mazut sızıntısından sonra 80-dən çox ölü delfin tapılıb

Kerç boğazında mazut sızıntısından sonra 80-dən çox ölü delfin tapılıb

Kerç boğazında tankerlərin qəzası və mazut sızıntısından sonra ölən delfinlərin sayı 84-ə çatıb.


Bu barədə “İnterfaks”a “Delfa” Delfinləri Xilasetmə Elmi-Ekoloji Mərkəzinin direktoru Tatyana Beley məlumat verib.


“Son məlumatlara görə, dekabrın 15-dən sonra 84 delfinin ölümü qeydə alınıb”, – Beley bildirib.


Onun sözlərinə görə, yanvarın sonundan sahilə atılan ölü delfinlərin sayı azalıb.


“Hələlik gələcəkdə nə qədər delfinin öləcəyini proqnozlaşdıra bilmirik. Balinakimilərdə ertələnən fəsadlar ola bilər: orqanizmdə toplanan toksikantlar immuniteti əhəmiyyətli dərəcədə azalda və müxtəlif xəstəliklərə yol aça bilər”, – Beley əlavə edib.


Əvvəllər mazut sızıntısından sonra təxminən 70 ölü delfinin tapıldığı bildirilirdi.


Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında mazut daşıyan "Volqaneft 212" və “Volqaneft 239” tankerləri qəzaya uğrayıb. Heyət üzvlərindən biri ölüb, digərləri təxliyə edilib. Qəza sonucunda dənizə təxminən 2,4 min ton mazut axıb.



Tarix: 8-02-2025, 10:30


Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:13 Azərbaycanda Elm Günüdür
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı