17:36 / 23-04-2025
Sabah bu qəsəbələrin qazı KƏSİLƏCƏK
17:15 / 23-04-2025
Ərdoğan: Hazırda İstanbuldakı zəlzələ ilə bağlı narahatlığa əsas yoxdur
16:52 / 23-04-2025
İran Prezidenti: Azərbaycanla əməkdaşlığın inkişafı üçün böyük potensial var
16:14 / 23-04-2025
Paşinyana xidmət edən “Ermənistan” – parlamentdə oynanılan "dava" tamaşası - ŞƏRH
15:55 / 23-04-2025
Hidayət Heydərov: "Daha güclü qayıdacağım anı səbirsizliklə gözləyirəm"
15:09 / 23-04-2025
İlham Əliyev Çinin Baş naziri ilə görüşüb - YENİLƏNİB
12:28 / 23-04-2025
Prezident İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
11:57 / 23-04-2025
Çin Sədri: Tarif və ticarət müharibələri dünyanın iqtisadi nizamına zərbədir
11:07 / 23-04-2025
Çin Azərbaycanın tezliklə Ümumdünya Ticarət Təşkilatına üzv olmasını istəyir
10:47 / 23-04-2025
Pekində Azərbaycan-Çin sənədləri imzalanıb
09:15 / 23-04-2025
Bu gün 2025-ci il üçün Əfv Komissiyasının sayca 6-cı iclası keçiriləcək
08:44 / 23-04-2025
Prezident Çin Sədri ilə görüşüb
08:21 / 23-04-2025
BİZİM TƏQVİM: Aprelin 23-də baş vermiş tarixi hadisələr
07:56 / 23-04-2025
Tramp: HƏMAS-ın Qəzzanın müharibədən sonrakı idarəçiliyində iştirakına imkan verməyəcəyik
07:46 / 23-04-2025
Azərbaycan Prezidenti İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi olub
19:40 / 22-04-2025
Bəzi ərazilərdə qaz verilişi müvəqqəti dayandırılacaq
17:10 / 22-04-2025
Saxta kredit elanı verərək kartları talayan şəxs tutuldu
16:48 / 22-04-2025
Putin Roma Papasının dəfninə gedəcək? - AÇIQLAMA
16:39 / 22-04-2025
İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib
15:28 / 22-04-2025
Çin güc mərkəzi olur: Cənubi Qafqaz və Yaxın Şərqdə yeni vasitəçilik rolunda - ŞƏRH
14:48 / 22-04-2025
Ermənistan parlamentində dava düşüb
14:21 / 22-04-2025
Ruben Vardanyanın məhkəməsində mina partlayışı zamanı xəsarət almış şəxslər ifadə verirlər
12:59 / 22-04-2025
Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
12:26 / 22-04-2025
Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
12:08 / 22-04-2025
Vatikanda Roma Papası Fransisklə vida mərasimi başlayıb
11:46 / 22-04-2025
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilir
11:12 / 22-04-2025
Paytaxtın bir neçə yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılıb
10:36 / 22-04-2025
Gəncədə zəhərlənən 5 nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB
Erməni deputatın ölümü - qəza yoxsa qətl? – ŞƏRH
Bölməyə aid digər xəbərlər

Ermənistan parlamentinin “Hayastan” blokunun deputatı Mher Saakyanın ölümündən bir aydan çox vaxt ötüb. Amma bu günə qədər də onun başına nə gəldiyi, avtomobilin hansı şəraitdə dərəyə yuvarlandığı və deputatın necə öldüyü aydın deyil. Maraqlıdır ki, İstintaq Komitəsi bu günə qədər də təyin olunmuş ekspertizalarla bağlı rəyləri hələ də almayıb. Qısacası, Mherin ölümü sirr olaraq qalıb.
Qeyd edək ki, deputat bir ay əvvəl Yerasx-Meğri avtomobil yolunun Tiqranaşen yaxınlığında avtomobili ilə qəza törədib və 400 metrlik dərəyə yuvarlanıb. İşlə bağlı maraqlı detallar üzə çıxıb. Hadisə günü deputat həmkarları bildiriblər ki, Saakyan hava limanına gedib. O, xaricdən qayıdan valideynlərini qarşılayıb, onları evə aparıb. Sonra isə tələsik evdən çıxıb və işinin olduğunu deyib. Maraqlıdır ki, bunu o, telefonuna gələn zəngdən sonra deyib.
Mher hara gedib, telefonda kimlə danışıb? Ona nə deyilib? Niyə tələsik evdən çıxıb? Bəlkə kimsə onu görüşə çağırıb və qəza qəsdən törədilib? Göründüyü kimi, açıq suallar çoxdur və müəyyən araşdırmalar bunun qəza yox, qətl olduğuna dəlalət edir. Çünki deputatlıq fəaliyyəti dövründə o, düşmənlər qazanıb və müəyyən aqressiv davranışları ilə ətrafda ona nifrət edən insanların sayı o qədər də az deyil.
Hətta ondan çəkinənlər, ehtiyatlı davrananlar da olub. Məsələn, 2024-cü ilin aprel ayında Mher deputat Aqop Aslanyanı təhqir edib və buna görə də maskalı şəxslər tərəfindən vəhşicəsinə döyülərək işgəncələrə məruz qalıb. Kifayət qədər nüfuzlu və çəkisi olan deputatı təhqir etmək, ona sataşmaq üçün ya ağıldan kəm olmaq, ya da müəyyən mərkəzlərə arxalanmaq lazımdır. Çünki sözügedən yaşlı deputatın həm hökumət arasında, həm də yaxın qohumları vasitəsilə kriminal aləmdə müəyyən nüfuzu var. Akop artıq deputat deyil və mandatı ləğv edilib.
Aslanyan hakimiyyətin ruporlarından sayılırdı və onu təhqir etmək Mherə baha başa gəlmişdi. Ehtimal etmək olar ki, qəzada da Aslanyanı təhqir etməyin izləri ola bilər. Çünki qəzanın ilkin versiya kimi sürücü səhlənkarlığı olma ehtimalı çox zəifdir. Saakyan İrəvanda anadan olub və uzun illərdir avtomobil idarə edir. Deputat həmkarlarının bəzisi onun peşəkar sürücü olduğunu qeyd edir. Maraqlısı da budur ki, qəzadan sonra Ermənistan Respublikası Cinayət Məcəlləsinin 342-ci maddəsi ilə cinayət işi başlanılıb. Bu maddə isə ehtiyatsızlıqdan insan ölümünə səbəb olan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı təhlükəsizliyini təmin edən qaydaların pozulmasını nəzərdə tutur.
İşin digər maraqlı tərəfi isə Mherin 2023-cü ildə Cinayət Məcəlləsinin 171-ci maddəsinin 1-ci hissəsi ilə, yəni xuliqanlıq ittihamı ilə təqsirli bilinməsidir. Məsələ burasındadır ki, 31 mart tarixində parlamentin Dövlət və Hüquq Məsələləri Daimi Komitəsinin qapalı iclasında Saakyan hakim partiyanın deputatı Vladimir Vardanyanı döyüb. İşin isə məğzi budur ki, komitə sədri olan Vardanyan səlahiyyətlərindən sui-istifadə edir, qərəzli və təxribat xarakterli davranışlar nümayiş etdirib.
O, yerli-yersiz müxalifət deputatlarının üstünə qışqırır, onları danlayırmış. Növbəti belə bir hal yaşananda Mher ondan hörmət tələb edib və Vardanyan ayağa qalxaraq qışqıra-qışqıra ona yaxınlaşıb. Saakyan isə buna dözməyərək onu döyüb. Sonra isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Konstitusiyaya görə, deputat cinayət törətərkən və ya dərhal sonra tutulduğu hallar istisna olmaqla, Milli Məclisin razılığı olmadan azadlıqdan məhrum edilə bilməz.
Baş Prokuror Anna Vardapetyanın Mherin toxunulmazlığının ləğvi barədə vəsatəti isə Asambleyanın 65 deputatının səsi ilə təsdiqlənib, məhkəmənin qərarı ilə Saakyan barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan isə, parlamentarinin fraksiyası məhkəməyə müraciət edərək həbs-qətimkan tədbirinin ləğvini, olmasa zaminə buraxılmasını tələb edib. Hakimlər isə ikinci vəsatəti təmin ediblər və Mher külli miqdarda girov qarşılığında azadlığa buraxılıb.
Bununla belə, baş verən hadisənin Koçaryan mətbuatı tərəfindən şişirdilmiş formada cəmiyyətə təqdim edilməsi Mherin qəhrəman obrazını yaradıb. Bu vəziyyət cəmiyyətin geniş dairələri tərəfindən yüksək qiymətləndirilsə də, hakim partiya daxilində müəyyən müzakirələrə və qorxulara səbəb olub. Hakimiyyət nümayəndələri müxalifətçi deputatı cəzalandırmaq və həbs etmək istəyi ilə yanaşı, cəmiyyət üçün bunun qığılcım ola biləcəyindən də ehtiyat ediblər. “Hayastan” fraksiyasının bu məsələdən istifadə edərək, xalqı küçələrə tökmək, narazı kütləni daha da qızışdırmaq ehtimalı “Vətəndaş müqaviləsi”ni ehtiyalı olmağa, deputatın girov qarşılığında sərbəst buraxılmasına səbəb olub.
Azadlığa buraxılan və parlamentə gələn Mher xuliqanlıq əməllərinə davam edib və hakim partiyanın digər deputatı, yuxarıda da qeyd etdiyimiz kimi, Akop Aslanyanı təhqir edib.
Qeyd etmək yerinə düşər ki, Saakyan ötən ilin sonlarında Ermənistan parlamentində Nikol Paşinyanla da söz savaşına çıxıb. O, baş nazirə 2018-ci ili xatırladıb və bildirib ki, hökumət başçısının istefası hazırda ən doğru addım olardı. Eyni zamanda Paşinyan müxalifətçi deputat tərəfindən erməni xalqını böyük və ciddi sınaqlarla üz-üzə qoymaq, ölkəni tam məhv etmək ittihamı ilə üzləşib. Paşinyan isə ona “mən sizə yaşamağa icazə verirəm, xüsusən də demokratik cəmiyyətdə yaşamaq üçün mənim icazəmə ehtiyacınız olmadığı halda” cavabını verib.
“Mən sizə yaşamağa icazə verirəm, xüsusən də demokratik cəmiyyətdə yaşamaq üçün mənim icazəmə ehtiyacınız olmadığına görə”, Paşinyan cavab verib. Eyni zamanda qeyd edib ki, bütün çətinliklər onun istefası ilə həll edilməyəcək. Saakyan isə cavabında “Hayastan” fraksiyasına xas cavab verərək, baş naziri yenidən “Dağlıq Qarabağı təhvil verməkdə, məhv etməkdə” ittiham edib. Belə ittiham və təhdidlərin, Paşinyanı istefaya səsləməyin acı nəticələri ilə bağlı Ermənistan siyasətində kifayət qədər misal var.
Qısacası, deputatın fəaliyyəti dövrü daim mübahisə və qalmaqallarla dolu olub. Bu səbəbdən də Saakyanın ölümü müəmma ilə doludur. Qarşıdan isə seçkilər gəlir və 2026-cı il seçkiləri həm hakimiyyət, həm də müxalifət üçün ölüm-dirim savaşı olacaq. “Hayastan” fraksiyasının Mherin ölümündən siyasi manipulyasiya kimi istifadə edəcəyini artıq indidən ehtimal etmək olar. Çünki deputatın qəzaya uğraması və digər detallar barədə məlumatlar əsasən fraksiyanın nəzarəti altında olan media qurumlarında səsləndirilir. Düşünmək olar ki, yaxın vaxtlarda Saakyanın qəzası ilə bağlı başqa oyunlar dövriyyəyə buraxılacaq və bu məsələdə hakim partiya ittiham ediləcək. Ölüm üzərindən oynanılan oyunlar isə növbəti seçkilərin çox ağır və qalmaqallı keçəcəyinə dəlalət edir…(Report)
Tarix: 24-02-2025, 14:22
Bölməyə aid digər xəbərlər
7-12-2023, 08:41
İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
17-05-2021, 18:00
Azərbaycanda musiqiçinin xanımı intihar etdi - Ərinə xəyanətinin üstü açıldığı üçün
25-05-2024, 19:06
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
12-02-2025, 10:24
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
1-10-2024, 16:34
VII çağırış MM-in komitə və üzvləri - Tam siyahı
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
14-05-2021, 17:23
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
31-01-2024, 10:33
Bakıda saxlanılan casusun Fransadakı qalmaqalı böyüyür - YENİ FAKTLAR
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
17-08-2024, 11:57
Prezident DSX hərbçilərini təltif etdi - Siyahı
14-02-2024, 12:47
Baxın videoya: bu, terrordur, Əhmədi onlar yetişdirib
22-05-2024, 08:25
Günün qoroskopu: Yeni ideyanı inadla inkişaf etdirin
8-11-2024, 12:49
Prezident xalqa müraciət etdi - Tam mətn
22-06-2024, 09:13
Günün qoroskopu: Maraqlarınızın təminatı üçün görüş tuta bilər