13:56 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
“Arzuladım ki, əli-ayağı olmasa da, sağ olsun, çiynimdə daşıyım” - Şəhidimizin evindən VİDEOREPORTAJ

İyulun 14-də Tovuzda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan gizir İlqar Zeynallı ölümündən beş gün əvvəl ailə üzvləri ilə birgə ad gününü qeyd edibmiş. O, həmin ərəfədə məzuniyyətə çıxmalı olsa da, gərgin döyüşlərə görə istirahətini təxirə salıb.
Bunu Qafqazinfo-ya şəhidin ailə üzvləri deyib.
Onların sözlərinə görə, 25 yaşlı İlqar döyüşə gedəndə sevdiyi qızla da danışıb. Evinə dönən kimi ona yazacağını söz verib. Amma bu gedişin dönüşü olmayıb...
Şəhidin qardaşı Sənan Zeynallı deyir ki, xəbər ona çatanda İlqarı yaralı görməyi arzulayıb:
“Düşündüm ki, kaş yaralı olaydı. Əli-ayağı olmayaydı, onu çiynimdə daşıyaydım, amma biləydim ki, canı üstündədir”.
İlqarın hərbçi olmasını, bu yolu seçməsini atası Ayaz Zeynalov istəyib. İndi onun yoxluğundan danışmaq Ayaz bəy üçün hər nə qədər çətin olsa da, ata məğrurluğunu itirmir, “Biz vətən üçün övlad böyütmüşük”, - deyir.


Tarix: 20-07-2020, 16:41


Bölməyə aid digər xəbərlər